16.12.2013

Ən dəyərli təbəssüm

 Nəhayət, son dayanacaqda üçümüz də düşdük marşrutdan. Bir müddət baxdım onların arxasınca. Bir az uzaqlaşmışdılar ki, böyük olanı arxaya çevrildi və bir anlq içdən gülümsədi mənə...Və  o an qızcığazın üzündəki o təbəssüm dünyadakı hər şeydən daha qiymətliydi mənim üçün.


   Bu smestr üç imtahan varıydı bizə. Bəziləri üçündən də qiymət aldı, bəziləri birindən, bir qism isə ikisindən kəsildi. İki imtahandan  kəsilənlər risk etməmək üçün arayış təqdim edib üçüncü imtahana girməmişdilər. Və bu gün axırıncı imtahandan kəsilən və ya girməyən uşaqlara kəsr imtahanıydı. Mən də onların arasındaydım...

         Saat on ikiyə təyin etmişdilər imtahanı, ancaq birə işləməsinə baxmayaraq hələ  başlamamışdı. Bir tərəfdən təkrar kəsilmək qorxusu, bir tərəfdən də “ipdən asılı olanlar”ın təlaşı həyəcanımı bir az daha artırırdı. Ama mənə baxanda onların işi çox çətiniydi. Bu, onların son imkanıydı, əgər kəsilsəydilər, gələn il üçüncü kursu təkrar oxumalı olacaqdılar, amma elə tələbələrə əksər vaxt qiymət yazılır, nadir hallarda kursda qalmaq qorxusu gerçəkləşir. Nəisə... İmtahanı birtəhər verdim və adətim üzrə marşruta minib evə gəlirdim. Avtovağzaldakı dayanacaqda demək olar ki, hamı düşdü marşrutdan və arxada mən və iki balaca qaraçı qızından başqa heç kim qalmadı. Qaraçıları sevmirəm, hətta adətlərinə görə onlara nifrət edirəm, amma bu dəfə niyəsə bu balacalarla söhbət etmək keçdi könlümdən.  Qısa tanışlıqdan sonra öyrəndim ki, böyüyün on iki, balacanın isə dörd yaşı var. Böyük olanın balacayla bir valideyn kimi rəftar etməsi diqqətimi çəkdi. Yarıyuxulu vəziyyətdəydi balaca və böyük bacısı bir valideyn kimi onun qayğısına qalırdı...əlbəttə ki əlindən gəldiyi qədər... Balaca xəstəydi, deyəsən. Bərk öskürürdü...  “Bacına niyə dərman almırsan?”- sualıma bir az kədərli halda “pulum yoxdur” deyə cavab verdi. Və diqqət etdim bu uşağın sifət cizgilərinə...qaraçılar üçün tipik olan sifət quruluşuna malik idi, ama ətrafda gördüyüm digərlərindən fərqli məna varıydı gözlərində...bir az dərin, bir az kədərli bir ifadə... Çıxarıb pul verdiyimdə də sakit bir halda təşəkkür etdi mənə... O an niyəsə onun üzündə təbəsssüm yaratmaq üçün nəsə etmək istədim. Ancaq mən onu güldürməyə çalışarkən dediklərim onun üzündə  məcburi, hətta insanların mədəniyyət xətrinə gülümsəmələrinə bənzər bir ifadə yaradırdı... Bu gülümsəmə sünilikdən daha çox, məcburiyyət, qarşısındakını üzməmək üçün edilən bir hərəkətə bənzəyirdi... Və orda qərar verdim bu uşaq haqqında yazmağa, amma sonluğu necə yazacağımı heç cür tapa bilmirdim...

    Nəhayət, son dayanacaqda üçümüz də düşdük marşrutdan. Bir müddət baxdım onların arxasınca. Bir az uzaqlaşmışdılar ki, böyük olanı arxaya çevrildi və bir anlq içdən gülümsədi mənə...Və  o an qızcığazın üzündəki o təbəssüm dünyadakı hər şeydən daha qiymətliydi mənim üçün...

Hiç yorum yok:

Yorum Gönder

Axtar