28.06.2020

Koronavirus - tibbi həqiqətlər və gümanların müharibəsi

İlk öncə ondan başlayaq ki, koronovirus nədir. Bu haqda internetdə olan bütün məlumatlar eyni olduğu üçün yazmağa ehtiyac yoxdur. Biz azərbaycanlılar üçün daha vacib olan bu virusun var olub-olmaması və profilaktika-müalicə prinsipləridir.

18.01.2020

Can


Şimali Koreya haqda yazının birinci hissəsini bir il qabaq yazıb arxasını gətirə bilmədim təəssüf ki. Bəzən vaxt olmadı, bəzən həvəs. Həmin mövzuya ara verib bu dəfə təkrar oxuduğum bir kitab haqda fikirlərimi yazmaq istəyirəm. Əslində indi belə yazılar daha çox status şəklində yazılır, amma mən düşünürəm yazının və fikirlərin daim göz önündə qalması baxımından bloq yazısı daha uğurludur.

26.01.2019

Müasir dünyanın qaranlıq ölkəsi- tanrılaşdırılmış liderlərin vətəni KXDR


Şimali Koreya və ya özlərinin adlandırdıqları kimi – Koreya Xalq Demokratik Respublikası yarandığı 73 ildən bəri müasir dünyanın qorxu və təhlükə mənbəyi kimi qalmaqda davam edir. Bu ölkə o qədər sirli və qəribədir ki, haqqında hətta bir xeyli mif də mövcuddur. Şimali Koreyanın məşhur 3 illik aclıq dövründə uşaqların qaçırılıb yeyilməsi tez-tez dilə gətirilən miflərdən biridir. İşin ən qəribəsi odur ki, bu ölkədə xalq da bəzi miflərə inanır. Bütün dinlərin qadağan olunduğu, dini kitaba sahib olmağın, oxumağın cinayət sayıldığı bu ölkədə xalq ölkənin liderlərinin tualetə getmədiyini, tualet ehtiyacının olmadığına inanır. Hətta hakimiyyət propaqandası  Kim hakimiyyətinin ilk nümayəndəsi olan Kim  İl-Sungun 3 aylığında sərbəst yeridiyinə, 6 aylıq olarkən danışdığına və 3 yaşı olanda kitab yazdığına xalqı inandırıb.

2.11.2018

Şiddətli ərlər və qurbanlar




“20 yanvar” tərəf ölkənin ən biabırçı yeridir, yəqin ki. Burda üzüyola insanı rahatlıqla tutub getmək istəmədiyi bir yerə istənilən qiymətə asanlıqla apara biləcək taksi şoferləri, həyasız, divaraişəyən qadın satıcılar, cürbəcür mahnıları yüksək səslə camaata qulaq asdıran telefon dükanları, polis sirenaları, siqnalı ard-arda basan sürücülər, sıxlıq – bir sözlə, istənilməyən hər şey var. Ölkənin nəbzi də, imici də məhz burada çox aydın görünür. Qarışıqlığın, qara qışqırığın içində insan özünü güclə qoruyur. Ora hansısa qadının ayaq basması isə, demək olar ki, fəlakətdir. Məmə yeyənindən pəpə deyəninə qədər, ağzı qara-qura bütün gədə-güdələr qadının ayaqlarını, arxasını inadla və xüsusi amansızlıqla süzür, gözlərinin düz içinə baxıb, qadın baxışlarında bircə qırıq boşluq gözləyir ki, ağzının suyunu axıda-axıda yaxınlaşıb tanışlıq təklif etsin.
   Təəssüf ki, həftədə bir neçə dəfə yolum burdan düşür və hələ deyə bilmədiyim iyrəncliklərin şahidi oluram. Məncə, 28 may tərəfdə əvvəllər yerləşən “Çudo Peçka”nın divarlarını işləyən rəssamdan başqa buranı heç kim dəqiqliklə təsvir edə bilməz.

22.07.2017

Varlığın dözülməz yüngüllüyünün doğma olması haqda cəfəngiyyat


Əlbəttə, 9 may günü mənim üçün təqvimdə sadəcə olaraq adi günlərdən biri ola bilərdi. Əgər məni həmin gün aparmasaydılar. İlk deyildi mənə baş çəkməkləri, amma ən dəhşətlisi idi. Bu dəfə aparmaq üçün gəlmişdilər.

31.03.2017

Spartalılar və Tanrılar

Bu, mənəm, Ümid Xəzər. Hansı ki, gün ərzində mənim söymədiyiniz yerim qalmayıb, tərifləriniz məni məst edib, amma söyüşlərə və təriflərə ara verin və yaxın oturun, başlayaq.
Commentin screen edilib paylaşılmasında rolum sıfırdır. Amma paylaşıldı, yayıldı. Və ardınca bitib-tükənməyən təriflər, tənqid və təhqirlər, hətta bir neçə təhdid gəlməyə başladı. “Söyüş söyməklə öz iç üzünüzü göstərdiniz” kimi cümlələr işlətmək fikrindən qətiyyən uzağam. Söymüsünüz, yaxşı eləmisiniz. Amma haqsızsınız. Çünki...

Axtar