Ortalama hər
dükana borcumu 100 manatdan hesablasaq və nəzərə alsaq ki, 4 dükana borcum var,
bu edir 400 manat. 220 manat ev sahibinə, üstəgəl 50 manat da (ən azı) rüşvət
verəcəm, cəmi edir 670 manat.
Dağda olanda 980 manat alırdım. Dağpulu filan da var idi, indi aşağıda olduğuma görə ən azı 100 manat az alacam, deməli bu aylıq maaşımdan mənə qalan 210 manat pul olacaq. Aldığım maaşı və mənə əslində qalan pulu müqayisə edəndə gerçəkdə mən 210 manatlıq maaş alan bir hərbi qulluqçuyam. Maaşımıızın yüksək olması, istər yuxarı rəislər və dövlət tərəfindən, istərsə də mülki camaat tərəfindən həmişə xüsusi diqqət çəkib. Dövlət və yuxarı komandir heyəti maaşın bizə haram olduğunu, demək olar ki, hər sıra baxışında başımıza vururlar. Niyə idman normativlərini verə bilmirik, niyə əsgər xəstələnir, niyə hərbi çəkmələr cırıqdır, niyə formamızın rəngi gedib, niyə kazarmalar təmir olunmayıb, niyə dərs cədvəlləri hazır deyil? Niyə, niyə, niyə? Canınız çıxsın, qalın gecəni burda. Ümumiyyətlə, filan bölüyə (tabora, tibb məntəqəsinə və s.) kazarma vəziyyəti elan edirəm. Bir həftə hərbi hissədən kənara ayaqlarını ata bilməzlər. Maaş kartını bankomata salanda vicdanınız sızıldamır? Əclaflar, şərəfsizlər, kişi qəhbələri! Dövlətin verdiyi pul haramınız olsun.
Dağda olanda 980 manat alırdım. Dağpulu filan da var idi, indi aşağıda olduğuma görə ən azı 100 manat az alacam, deməli bu aylıq maaşımdan mənə qalan 210 manat pul olacaq. Aldığım maaşı və mənə əslində qalan pulu müqayisə edəndə gerçəkdə mən 210 manatlıq maaş alan bir hərbi qulluqçuyam. Maaşımıızın yüksək olması, istər yuxarı rəislər və dövlət tərəfindən, istərsə də mülki camaat tərəfindən həmişə xüsusi diqqət çəkib. Dövlət və yuxarı komandir heyəti maaşın bizə haram olduğunu, demək olar ki, hər sıra baxışında başımıza vururlar. Niyə idman normativlərini verə bilmirik, niyə əsgər xəstələnir, niyə hərbi çəkmələr cırıqdır, niyə formamızın rəngi gedib, niyə kazarmalar təmir olunmayıb, niyə dərs cədvəlləri hazır deyil? Niyə, niyə, niyə? Canınız çıxsın, qalın gecəni burda. Ümumiyyətlə, filan bölüyə (tabora, tibb məntəqəsinə və s.) kazarma vəziyyəti elan edirəm. Bir həftə hərbi hissədən kənara ayaqlarını ata bilməzlər. Maaş kartını bankomata salanda vicdanınız sızıldamır? Əclaflar, şərəfsizlər, kişi qəhbələri! Dövlətin verdiyi pul haramınız olsun.
Yuxarı rəislərin
üş aşağı beş yuxarı dediyi sözlər hər zaman bunlar olur. “Niyə”lərin və söyüşlərin
sayı və rəngarəngliyi arta bilər, nəinki əksinə. Sanki özlərinə aldıqları maaş
halalıymış kimi. Sanki keçmişlərindən xəbərsizik. Günahkarların günah axtardığı
yerdir bura. Özlərinə qoyulan münasibəti indi yüksək rütbəli olduqları bir
vaxtda tabeliyindəkilərə tətbiq edirlər. Robot olmaq lazımdır hərbinin
qayda-qanunlarına əməl etmək üçün. Ailə yada düşməməlidir, aldığın maaşda zərrə
qədər gözün olmamalıdır. Bunları da keçdik, yeməyi ən çoxu 15 dəqiqəyə yeyib,
gecəni gündüzünə qatıb hərbi xidmətlə məşğul olmalısan qalan bütün vaxtlarda.
Əlbəttə, əgər insan olaraq təbiətin sənə verdiyi fiziki və zehni güc buna imkan
verərsə. Amma çətin ki, yenə də onlar səndən razı qalsın. 1 il qabaq qulluq
etdiyim hərbi hissədə komandir hər axşam sıranın qarşısına hələ Günəşin şəfəqləri
batmamışkən çıxardı. Və başımızın üstündə ulduzlar görünəndə evə gedərdik. Hər
gün eyni sözləri təkrarlayardı. Hər axşam sıranın ən başındakı cərgədən
başlayar, diqqətlə, səssiz və zəhmli bir şəkildə hamının üzünə baxardı. Kimə
yaxınlaşırdısa, həmin adamın rəngi ağarırdı. Çünki xırda bir səhv ən azı bir ay
təkqat maaş demək idi. Ən axırıncı adama çatdıqdan sonra mərkəzə qayıdar,
danışmağa başlayardı. Ağarmaqda olan yığcam qırxılmış bığları və zəhmli sifəti
var idi. Asta-asta danışardı. Hər bir sözünün şüurumzda əks-təsir göstərməsini
gözləyərək. Mülkidə camaatın acından qırıldığını deyərdi. Təxris olub gedənlərdən
misallar çəkərdi. Onlar acından ölürdü, onlar hərbiyə qayıtmaq üçün can
atırdılar, hətta yalvarırdılar, ancaq ordu onları yaxına da buraxmırdı. Qədrini
bilməliydik yediyimiz çörəyin və aldığımız maaşın. Hamı cərgədə gizlicə söyərdi.
Onu, hərbini, iş rejimini. Ancaq içi mən qarışıq heç kim səsini yüksəltməzdi,
“tüpürüm belə çörəyə də, maaşa da” deməzdi. “Balalarımız var” deyərdilər, -
“onlara bir tikə çörək aparmalıyam. Axı onlar başa düşmür qüruru, vicdanı” –
deyərdi əksəriyyəti. Allah olsaydı, həmin vaxtlarda hərbi hissənin üzərindən
qalxan ah-naləni, söyüşləri, gözlərdəki o sönüklüyü, ümidsizliyi görməyə bilməzdi.
Özüm daxil, hər zaman orda duranlara yazığım gələrdi. Elə indi də gəlir. Keçən
dəfə statusumda yazmışdım. Hərbçilər (əsasən zabitlər) təqaüd almaq üçün və
ömrünün son 15-20 ilini təminatlı yaşamaq üçün həyatının ən gözəl illərini hərbidə
çürüdən yazıq adamlardır. Mən bilmirəm bu yazımdan sonra məni nə gözləyir. Həmin
hərbçilərdən bir qismi məni onları təhqir etdiyim üçün sifarişlə məhkəməyə də
verə bilər, ya da ki, mən sadəcə yerli-dibli yoxa çıxa bilərəm. Hətta haqlı səbəblərdən
belə, mənim ən azı 5-10 il türmədə yatma ehtimalım var. Çünki nizamnamə var.
Əmrə icra etmək söhbəti var. Və əmrin tərkibi nəzərə alınmır həmin an. Bəli,
nizamnamə var. Əsgərlərə bizim əmr verməmizi təmin edir həm də həmin nizamnamə.
Hər gün onlarca əsgər gəlir. İşçi qüvvədən, daşdan, ya da başqa yerlərdən. Xidmətdən
yayınmağa çalışırlar. Onları başa düşürəm, ancaq hər gün hamısına “praktiki
sağlam” yazıb göndərirəm. Üstünə acıqlanıram ki, əslində sənin heç nəyin
yoxdur, saçokluq (xidmətdən boyun qaçırmaq – hərbi termin) eləmə. Üst-başları
toz içində, şalvarlarının dizləri cırıq, sifətləri günəşdən yanıb. Hansı bölmədən
xəstə olursa, bizdən artıq xidmət edən zabitlər (həmin əsgərin komandiri) gəlir
ayağımıza, nə dərman lazımdırsa, alıb gətirəcəyini deyir, təki əsgər sağalsın,
hospitala getməsin. Yoxsa ona toy tutacaqlar. Borclardan geriyə qalan 5-10
manatı ailəsinə xərcləməyib, əsgərin dərmanlarına verməyə razı olur. Mən evdə,
həmin komandir isə hələ də tibb məntəqəsində əsgərin başının üstündə durur, hər
dəqiqə xəstənin halıyla maraqlanır. Çünki evə gedə bilməz, daha yuxarı rəis belə
əmr verib. Əsgərlərin də bundan sui-istifadə etdiyi olur. Hər zaman xalqın gözündə
əsgər heyəti məzlum və əzilmiş olaraq bir yer tutur. Zabit, gizirlərin halı necədir
deyə soruşan yoxdur. Axı onlar buna görə minimum 800 manat maaş alır. Canları
çıxsın, şəxsi heyətin qeydinə qalsınlar. 5:45-də səhər idmanına gələn həmin
adamlar gecə saat 12-yə qədər hərbi hissədə qalsın, işləsin. Bəs Avropa İnsan
Hüquqları Konvensiyası, istirahət hüququ, yaşamaq hüququ? Bunları deyənə elə
bir ironiyayla gülərlər ki. Özünüzüelə yalnız və elə aciz, həm də elə gülünc vəziyyətdə
görərsiniz ki. Borc demişkən, borcların nəyə görə olduğunu desəm, siz də deyinərsiniz.
Məsələn, bu ay 100 manat əşya çantasına verəcəm. Bir dəfə alacam, vəssəlam,
birdəfəlik getdi, daha ona pul vermək lazım olmayacaq. Amma gələn ay yenə nəsə
çıxacaq, yenə borca girəcəm. Rəisimlə keçən dəfə bir dialoqumuz oldu. “Elə
bilirsən, orduya gələnlər buranın necə bir yer olduğunu bilmirlər?” – soruşdu.
-
Bilirlər?
– dedim.
-
Həm
də qəşəng bilirlər.
-
Bəs
siz bilirdiniz?
-
Mənim
hərbiyə həmişə marağım olub
-
Bəs
uşaqlarını whatsappda şəkillərlə böyüdənlər? Bəs 35 yaşında 50 yaşlı qocaya
oxşayanlar? Ömrünü buralarda tükədənlər?
-
Axı
ömür necəsə keçməlidir – dedi, yadıma Günel Mövludun “30 yaşın
şeiri” düşdü. Heç nə demədim. Bu gün onlardan biri əsgərə
yemək verilməyəndə komandirlə dalaşdığını nəql etdi bizə. “Özün yemə, əsgərləri yedirt
onlar ac qalırsa” – deyib komandir. Yemədiyini, hər gün ancaq bir stəkan şirin
çay içdiyini deyib. “Onu da içmə” – deyib komandir cavabında və həmin hərbçi
susub. “Deməyə söz tapmadım” – deyir, - “yanımdakı yuxarı rütbəlilərdən biri də
mənim sözlərimi təkrarladı, əhəmiyyət verən olmadı”.
Mən dağda qalanda zabitlərdən biri evli idi, iki
uşağı da varıydı, səkkiz ay ailəsini görməyəcəkdi. Məcbur qalıb, ora
qalxmamıışdan qabaq ailəsini valideynlərinin yanına göndərmişdi. Aşağı düşəndə
yenidən yanına gətirdi. Və təyyarədə keçən uşaqlıqlar yaşanır buralarda. Ən
çoxu iki il eyni məktəbdə oxuyur bu uşaqlar. Atalarının həyatı kimi sərkərdan
keçir onların uşaqlığı. Həyat yoldaşları qapıdan addımlarını çölə ata bilmirlər.
Çünki yad yerdədilər. Hər gün birinin arvadının başqa kişinin altında tutulduğu
vaxtlarda onların çölə çıxmağı üzlərinə neçə cüt gözün zillənməyi deməkdir.
Uşaqlar atalarını, qadınlar kişilərini gözləyir buralarda. Sadəcə üzünü görməyə
çatacaq həmin vaxt. Gəzmək üçün parkların olmadığı yerlərdə, onların həyatı sadəcə,
evdən ibarətdir. Məhz bu səbəbdəndir ki, hərbçilər arzularını pensiyadan
sonraya saxlayırlar. 45 yaşın imkan verdiyi arzular olur ancaq. Bir taksi
almaq, evə iri bir televizor almaq, bir də divan-kreslo. Onda çempionlar
liqasına, ya da dünya çempionatına ayaqlarını ayaqlarının üstünə aşıraraq baxa
biləcəklər. Əllərində bir pensiya kartı olacaq sadəcə. İllərin silib apardığı gənclik
təravəti, vaxtilə - nə vaxtsa olmuş qürurları, ancaq illərlə eşitdikləri təhqirlərin,
acılamaların silib-süpürdüyü qürurları və itirilmiş həyatları. “Martin İden”də
Martininə sevgilisi Ruth atasının şərikini misal çəkir. “Atamın yanında yazı
yazmaqla başladı işə. Çox əziyyətlər gördü, ac qaldı, gecələri yatmadı, hətta mədəsində
xəstəlik də yarandı. Ancaq indi çox varlıdır, atamın şərikidir. Sən də onun
kimi ol” – deyir qız. Martin isə “varlıdır, bəli, ancaq yaşının bu çağında gənclik
arzusuyla düşünə bilmir. Varlıdır, ancaq istədiyi yeməyi yeyə bilmir” – deyə
cavab verir. Min manat pensiya alır, ancaq artıq ayaqları elə də sözünə baxmır,
hərbidə tapdığı xəstəliklərlə boğuşur, bir vaxtlar həvəslə sevib aldığı qadın
evlilər yataqxanasında qoyub gənclik illərini. Ən gözəl çağlarında əri ancaq
axşamları və yorğun bir halda yanında olub... Ancaq min manat pensiya alır. Nə
bilim. Onlar kimi olmamaq istəyimdəndir ki, diri qalmağa çalışıram bu ruhsuz
yerlərdə. “Öz havandasan, həkim. Dünya sənə gözəldir” – deyirlər. Hərdən xəsis
deyirlər, çünki onlarla hər həftəsonu keyfiyyətsiz araqları içib, sərxoş olmağa
getmirəm. Ancaq necə bir evdə qaldığımı biləndə təəccüblənirlər. Qısaca bir neçə
cümlə də sürücüm haqqında yazım. Üzündə uşaq ifadəsi var. Saflıq və təmizlik
qonub gözlərinə. Kiməsə pislik etməyi bacarmayan, saf və sadəlövh biridir. Səhər
alaqaranlıqda idmana gəlir, ardınca da maşınla ora-bura gedir. Gedəndə
telefonda adını eşitmədiyim müğənnilərin mahnılarına qulaq asır. Və xidmət
yerinə çatan kimi ona aid bir iş yoxdursa, yuxulayır. Zatən oyaq qalması mümkün
deyil. Maşının dar və narahat salonunda başını qapıya dirəyir və ayaqlarını
yığıb yuxuya gedir. Keşən dəfə uzun-uzun baxdım bu uşağa. Onun yatışına, indiyə
qədər normal bir ömür yaşamaması oxunurdu üzündən. Və yaşamayacağı. Özümü o qədər
günahkar hiss etdim ki. Nərmin Kamalın “Allahı bağışlama” şeirində dediyi kimi
“Bağışla, mənim balam. Bağışla ki...” Bağışla, qardaş. Əlimi daşən altına
qoymağa razı olan biri kimi, bağışla ki, sənə normal bir ömür verə bilməyəcəm.
Sən bu güanhkarlar diyarında ən günahsızlardan birisən. Xəbərin yoxdur heç nədən.
“Məktəb oxumamışam mən, həkim. Sən danışırsan, mənə maraqlı gəlir, amma dediklərinin
çoxundan xəbərim yoxdur” – demişdi ondan bir gün sonra parkda ordu haqqında
söhbət edəndə. Üzündə təbbəsüm və gözlərində utancaqlıq hissi ilə. Onun çəkdiyi
və çəkəcəyi əzablarda günahkarldan biri də mənəm. Millətə nə vaxt normal bir şərait
qura bildik ki, onlardan yeri gəldi-gəlmədi inciyirik, təhqir edirik? Nə zaman
bir şeylər etməyə çalışdıq bu insanlar üçün? 22 yaşındakı bu oğlan nə vaxt məktəbə
getdi, nə vaxt normal təhsil aldı, hələ üstəlik nə vaxt imkan oldu musiqi
zövqünü, danışığını təkmilləşdirməyə? Niyə küsürük ki? Niyə təhqir edirik? Nə
vaxt sevgilisi oldu, normal görüşə getdi? Niyə onda sevmədən evlənməyini
qınayaq? Axı bu bədbəxtin işdən çıxmağa imkanı olmur. Yuxarı yerdə tanışı
yoxdur, ona görə də ağır yerdə xidmət edir, axşam çıxır işdən. Yorğun olur. Bəs
onda bunları bilirksə, bu umub-küsmələr kimədir? Onlaramı? Ya bizim eqomuz təmin
olunur? Çox şey yaza bilərəm, tük ürpərdici şeylər. Amma yazmıram. Çünki
qorxuram. Bilmədiyim bir şeyi yaşamaqdan. Qəfildən kimlərinsə gəlib məni
aparmağından və yoxa çıxmaqdan. Vətən xaini deyiləm, ancaq belə bir damğayla həbsdə
yatmaqdan qorxuram. Ancaq zaman-zaman ağılsızlıqlarım olur. Sırada yuxarıların
o təhqirlərini, ironiyalarını eşidəndə özümü saxlaya bilmirəm.
Rəisimin dediyi şeyi təkrarlamaq istəyirəm: “axı
ömür necəsə keçməlidir” Amma niyə məhz bu cür keçməlidir? Niyə gənclik
arzularımız əngəllənməlidir? Kursant olan vaxtlarda hərbidən çıxmaq istəyəndə
atam həmişə deyərdi ki, ağlın olsun, hərbi çox yaxşı yerdir. 25 il işləyəcəksən
və bu 25 ildə sənin gənclik enerjin, çılğınlığın sönüb gedəcək, pulun olacaq,
işin olacaq.
İndi onun dediklərini başa düşürəm. Hətta ara-sıra
o torpaq yolla evə gələndə ürəyimə baxmağa macal tapıram. Hissizləşdiyimi görürəm,
daha sevə bilmərəm kimi gəlir mənə. Ancaq bu, məni sevindirmir. Həyatıma nifrət
etməyə səbəblərim çoxalır, atam gözümdə daha da günahkar biri olur.
Hiç yorum yok:
Yorum Gönder