Vatslav Havel
çex yazıçısı, dissidenti və dövlət xadimidir. Və Havel 1989-da demokratik dəyişiklikdən
sonra Çexoslovakiyanın ilk prezidenti olub. Bu, onun azərbaycan dilinə tərcümə
olunmuş ikinci kitabıdır. Kitab özü mütləq oxunmalıdır. Mən ordan ancaq elə
qeydləri seçib yazmışam ki, bu, bizə aiddir. Senzura əlimi-qolumu bağladığına
görə mən bu haqda çox şey yaza bilmirəm, güc sizin üstünüzə düşür. Oxuduğunuz hər
qeyddə bizim ölkəylə müqayisələr aparmalı və ordakı halın bizdəki hansı vəziyyət
olduğunu tapmalısınız. Kitab tutduğu yolda inamını, savadını və gücünü artırmaq
istəyən insanlara şiddətlə tövsiyə olunur.