Stenli Kubrik. Amerikalı rejissor. 1928-ci
il 26 iyulda ABŞ-ın Nyu York şəhərində anadan olub. Filmdə texniki
qüsursuzluq axtarışında olub hər zaman. Məhz bu xasiyyətinə görə
aktyorları dizə gətirən bir rejissor olub. "Eyes Wide Shut" filmində Tom Kruz və Nikol Kidmanın 1 dəqiqədən də az sürən sevişmə səhnəsini 238 dəfə təkrarladıb ən qüsursuzunu almaq üçün.
Ümid
edirəm bu müqayisə Kubriki daha da yaxşı tanımağa kömək edəcək. Və son
olaraq. Kubrikin İllumunati adlanan təşkilatın üzvü olduğuna dair
şaiələr və sübutlar var.
Ən son filmi olan "Eyes Wide Shut" filmində masonları deşifrə etdiyinə və məhz buna görə filmin ekran üzü görməsindən bir neçə gün sonra dünyasını dəyişdiyi də deyilir. İnfarktdan öldüyü deyilsə də, həyat yoldaşı Kristian Kubrik də infarkt məsələsini hər zaman təkzib edib. Elə söz düşmüşkən siyahı baş-ayaq olsa da, onun son filmi olan "Eyes Wide Shut" filmindən başlayaq. Film Kubrikin son filmi olub, 1999-cu ilin martında ekran üzü görüb. Film Arthur Schnitzlerin eyni adlı əsərindən götürülüb və Kubrikin əsəri təkrar işləməsiylə filmə çevrilib. Kişi-qadın münasibətlərindən, AİDS məsələsindən (az-maz) bəhs edir başlıca olaraq, ancaq sonrasında film başqa yönə çəkilir, ta ki Nikol Kidmanın ən sonda dediyi cümləyə qədər. Bu film haqqında türkçə tapdığım bir bloq yazısının linkini paylaşıram, orda bu haqda və İllumunati, masonlar barədə də yazılıb. ( http://michaelsikkofield.blogspot.com.tr/2011/07/stanley-kubrick-zihin-kontrolu-ve.html?m=1 ) Yəni çox qarışıq bir film olduğuna görə filmdən hansı nəticəni çıxaracağınızı sizin ixtiyarınıza buraxıram.
Və bu filmin çəkimləri 400 gün sürüb, filmin hazır olması üçün isə düz 3 il vaxt keçib. Çünki adam
texniki qüsursuzluq və mükəmməlçilik manyakı olub. Klassik musiqini çox
gözəl bilib və filmlərində də klassik musiqiyə böyük önəm verib. Hətta
"A Space Odyssey" filminə görə 40 dəqiqəlik ayrıca bir musiqi yazılsa
da, sonradan Kubrik bunu klassik musiqiylə əvəzləyib. Və daha bir
özəlliyi intellektual simbolizmə böyük əhəmiyyət verməsi olub. Onun
filmlərində heç bir musiqi boşuna çalınmayıb, hətta divarda asılan
fotoların da, film qəhrəmanlarının adlarının belə xüsusi anlamı olub,
adam hər bir incə ayrıntını belə xüsusi bir zövqlə və dəqiqliklə
işləyib. Bir növ onun filmindəki hər şey elə olmalı olduğuna görə olub,
yəni var, çünki belə olmalıydı.
Kubriki
film sektrounun Allahı adlandıranlar da var, hətta haqqında belə bir
zarafat da var ki: "Bir gün Spilberq ölür və o dünyada cənnətin qapısına
çatanda onu mələklər içəri buraxmırlar. Səbəb isə Tanrının rejissorları
sevməməsidir. Elə bu an cırıq paltarlarıyla velosipedlə bir adam
Spilberqin yanından keçərək qapıdan içəri girir. Bunu görən Spielberg:
"Bu ki Kubrikdir, onu niyə buraxdız?" deyə soruşur. Mələk isə: "O,
Tanrıdır, ancaq özünü Stenli Kubrik zənn edir" deyə cavab verir".
Karyerasına
Nyu-Yorkdakı "Look" dərgisinə həvəskar fotolar çəkməklə başlayıb.
İzlədiyi filmlərdən daha yaxşılarını çəkə biləcəyi qənaətinə gəldikdən
sonra film çəkməyə qərar verib və ilk filmini (Fear and Desire. 1953-cü
il) 25 yaşında çəkib. Bundan sonra bir neçə il arayla filmləri ekran üzü
görüb. Hər birində işlənmiş mövzularda belə tam fərqli baxış bucağı,
ayrıntılar və incə detallar olub. Filmləri fərqli mövzularda, daha çox
müharibə, qorxu və elmi janrda olub.
1962-ci
ildə çəkdiyi "Lolita" filmi zamanı filmə görə müvəqqəti köçdüyü
İngiltərənin Hetfordşir əyalətində daimi yaşamağa qərar verib və 1999-cu
ilin 7 martında dünyasını dəyişənə qədər də buradakı evində yaşayıb.
Son olaraq da "Film Fiction" jurnalının Kubrik və Federiko Fellini haqqındakı müqayisəsini verdikdən sonra keçəcəm onun filmlərinə. İndi isə müqayisə:
1. Fellini kinoda son sözü "Bəlkə biz sussaydıq, daha çox şey anlayardıq" olub, Kubrikdə isə "Gəl sevişək" (müəl.: Freydsayağı, bu, özünü "Eyes Wide Shut" filmində son cümlədə də göstərir)
2. Fellini İkinci Dünya Müharibəsini xəstəliyi hesabına fırladıb, Kubrik isə orta təhsilini elə 1941-45-ci illərdə alıb.
3. Kubrik kinoda novator olub, Fellini isə kinonun siması.
4. Kubrik fotoqraf olub, Fellini isə yazıçı.
5. Fellini dinamik olub, Kubrik isə statik.
6. Fellini "Yol" çəkib, Kubrik "Parıltı".
7. Kubrik böyük filmlər hesabına dahiləşib, Fellini kiçik filmlərlə böyük ürəklərə yol tapıb.
8. Kubrikin qəhrəmanları təcrid olunmuşlardı, Fellini qəhrəmanları zəhmətkeşlər.
9. Fellini film içində film çəkib, Kubrik dünya içində dünya.
10. Fellini içdəndir, Kubrik düşüncədən.
11. Fellini rəssam olub, Kubrik zərgər.
12. Fellini mifalogiyadır, Kubrik illuziya.
13. Fellini italiyan kinosunun tanrısıdır, Kubrik Amerika kinosunun
14. Kubrik klassik musiqidir, Fellini simfonik
15. Fellini üçün "Həyat şirindir", Kubrik üçün "Geniş qapalı gözlər".
Ən son filmi olan "Eyes Wide Shut" filmində masonları deşifrə etdiyinə və məhz buna görə filmin ekran üzü görməsindən bir neçə gün sonra dünyasını dəyişdiyi də deyilir. İnfarktdan öldüyü deyilsə də, həyat yoldaşı Kristian Kubrik də infarkt məsələsini hər zaman təkzib edib. Elə söz düşmüşkən siyahı baş-ayaq olsa da, onun son filmi olan "Eyes Wide Shut" filmindən başlayaq. Film Kubrikin son filmi olub, 1999-cu ilin martında ekran üzü görüb. Film Arthur Schnitzlerin eyni adlı əsərindən götürülüb və Kubrikin əsəri təkrar işləməsiylə filmə çevrilib. Kişi-qadın münasibətlərindən, AİDS məsələsindən (az-maz) bəhs edir başlıca olaraq, ancaq sonrasında film başqa yönə çəkilir, ta ki Nikol Kidmanın ən sonda dediyi cümləyə qədər. Bu film haqqında türkçə tapdığım bir bloq yazısının linkini paylaşıram, orda bu haqda və İllumunati, masonlar barədə də yazılıb. ( http://michaelsikkofield.blogspot.com.tr/2011/07/stanley-kubrick-zihin-kontrolu-ve.html?m=1 ) Yəni çox qarışıq bir film olduğuna görə filmdən hansı nəticəni çıxaracağınızı sizin ixtiyarınıza buraxıram.
İkinci baxdığım filmi "Full Metal Jacket" olub.
Vyetnam-Amerika müharibəsindən bəhs edir. Filmdə ana quzularının hərbi düşərgələrdə necə peşəkar qatilə çevrildikləri açıq şəkildə göstərilir, bundan başqa filmdə ikili göndərmələr diqqət çəkir, belə ki, əsgərin kaskasında yazılan "Öldürmək üçün doğulmuşam" sözləriylə ilə onun sülhü təbliğ edən nişan gəzdirməsi, və ya Vyetnamlı meyidlərə baxan ABŞ əsgərinin "onlara azadlıq vermək üçün gəlmişdik, keşkə azad olmasaydılar, ama həyatda olsaydılar" ifadəsi. Və filmdə Apokalipsis now filmində olduğu kimi vyetnamlı əliyalın insanların səbəbsiz öldürülməsinə diqqət çəkilir, səbəbi isə bu əsgər-qatilə görə sadəydi "onlar da qızılı (vyetnam ordusu) idi və onları da öldürmək asanıydı buna görə, sadəcə bir az yuxarıdan atəş açmaq lazım idi. Filmdə Kubrik sonda vergül qoyur, bir növ nəticə çıxarmağı izləyicinin ixtiyarına buraxır. Film 1 Oskar, 1 Qızıl Qlobus və 2 BAFTA mükafatına namizəd kimi göstərilsə də, heç bir mükafat almayıb.

Baxdığım digər filmi isə "The Shining" oldu. Stefan Kinqin "Medyum" kitabı əsasında
çəkilmişdir, təbii ki, Kubrikin bəzi dəyişmələr etməyi ilə. Filmin
çəkişləri planlanan vaxtdan düz 3 dəfə daha uzun sürmüşdür və deyilənə
görə qaradərili aşpazın öldürüldüyü səhnə düz 70 dəfəyə çəkilmişdir.
Bu
film sıradan bir izləyici üçün triller və qorxu filmi olsa da, səslənən
musiqidən tutmuş ən sonda göstərilən tabloya qədər sətiraltı mənalarla
zəngin bir filmdir. Filmdəki hadisələrin baş verdiyi Overluk oteli
deyilənə görə Amerikanın yerli əhalisinin qəbirləri üzərində tikilib və
otelin içinin dizaynı Kubrickin qızına məxsusdur. Filmdə tək ölənin bir
zənci olması və sondakı fotoda bütün insanların ağdərili olması 1921-ci
ildə Tuslada çıxan üsyanda zəncilərin yerləşdiyi binaların yandırılaraq
kül edilməsinə bir işarədir və bu tarixdə təkcə qızıldərililərin deyil,
həmçinin qaradərililərə də soyqırım törədildiyini vurğulayır. Klassik
musiqi xəstəsi olan Kubrickin ailənin otelə getdiyi yol boyunca
səsləndirdiyi tükürpədici musiqi isə Mozartın "Cəhənnəm atəşi"
musiqisidir ki, bu da filmə xüsusi ab-hava verir. Filmdə bir ara hər şey
qarışır bir-birinə. Otelin Cek Nikolsonu dəli etməsi, ya Cekin
əvvəlcədən dəli olması sual altında qalır.
Kubrikin
adamı düşünməyə vadar edən filmi kimi izlədiyim filmlərdən 4-cüsü "A
Clockwork Orange" oldu. Filmdə ən saf şey olan südün içilməsiylə günah
gecəsi başlanılır və qatillər ağ paltar geyinirlər, etdikləri hər şeyə
rəğmən bu ağ paltarlara bircə damcı da qan və ya başqa ləkə izi düşmür
ki, bu da gizli-gizli cinayət törədənlərin üzdə məsum insan olduqlarına
(göründüklərinə) işarədir bir növ.
Aleks
adlı qatil psixolji müalicə almaqla cəzasının yüngülləşməsinə razı
olur. Və bu müalicə üsulu onun şiddət duyğusunu bir növ xədim edir,
ancaq bu dünyada şiddət olmadan yaşamağın mümkünsüzlüyünü də Kubrik
gözlərimizin önünə sərir. Aleks dəyişib, ancaq bu heç kəsin vecinə
deyil, onun zəifliyindən istifadə edirlər, hər kəs öz bacardığı kimi
qisasını alır. Köhnə cinayətkar dostlarının polis formasında onun
qarşısına çıxması və "işləmək yaşımız çatmışdı, biz də polis olduq"
demələri polislərin də hansı vəziyyətdə olmasından xəbər verir. Və
ayrıntılara xüsusi önəm verən biri kimi Kubrikin filmin qəhrəmanı üçün
seçdiyi Aleks adı da təsadüfi deyil. Mənası, qanunlara uymayan, öz
qanunları olan, özü üçün yaşayan adam deməkdir. Filmin adını isə
hadisələrin gedişi yaxşı açıqlayır. Bundan başqa Kubrik burda ailə
məsələsinə də toxunaraq, bir qisim ailələr üçün övladdan daha çox evin
kirayəsini vaxtında, hətta qabaqcadan ödəyən, onlara yaxşı davranan
kirayəkeşin əhəmiyyətli olduğunu vurğulayır.
Baxdığım 5-ci filmi isə "A Space Odyssey"
oldu. Film Artur Klarkın əsəri əsasında çəkilmişdir. Filmdə ilk
başlarda insanın təkamülünə nəzər salınır, bir növ necə bu hala
gəlməyimizin qısa xronologiyasını verir. Deyilənə görə Kubrik bu filmdə
istifadə olunan cihazları bir daha istifadə olunmaması üçün film
bitdikdən sonra qırdırır. Və filmdəki ən maraqlı səhnə gizli bir sirri
açmağa çalışan, bir növ başqa planetdə yaşayan canlı və ya Tanrı
axtarışına çıxan insanın kosmosda işıq sürətiylə hərəkət edərək
məsafələri qət etməsi və qocalması ən sonda isə elə özü kimi insanı
görməsidir, bu da ki bu dünyada insandan başqa düşünə bilən bir varlığın
olmadığına işarədir və sonda belə həmin o sirli daşın necə və nə üçün
gəldiyi müəmma olaraq qalır. Bundan başqa filmdə elmin o zaman üçün kəşf
etmədiyi məsələlər də yer almışdır, məsələn, kosmosda səssizlik və
təklikdə eşidilən səsin ancaq insanın öz nəfəsi olması kimi..
Ən son baxdığım filmi isə "Paths of Glory" oldu.
Kubrik acı zarafatını elə filmin adı (Zəfər yolu) və filmdə baş verən hadisələr arasındakı əksliklə edir. Film ordudakı mənasız bürokratiyadan, özbaşınalıqdan, şöhrətpərstlikdən və bunun vətənpərvərlik adı altında gizlədilməsindən çox məharətlə bəhs edir.

Rəislərin
günahlarının cəzasını döyüşən əsgərlər çəkir, bir növ onlar günahsız
"günah keçisi" olurlar. Və ən sonda digər filmlərdə hər şeyin yaxşı
sonluğu bu filmdə təkraranmır, təkrarlanan şey isə hər şeyin əvvəlki
halına qayıtması və heç nəyin düzəlməyəcəyi fikridir. Və filmin sonunda
düşmən əsgərini sentimentallaşdırıb ağladan aktrisa Suzan Kristian
filmdən sonra Kubriklə evlənib Kristian Kubrik olub.
P.S. Ümid edirəm bu uzun yazı sizi yormadı.
P.P.S.
Stenli Kubrikin filmlərinə baxmaq mütləq olmasa da, son dərəcə
vacibdir, ancaq hər fgilmdən sonra o film haqqında araşdırma aparmaq,
oxumaq isə mütləqdir.
Ümid Xəzər
Kultura.az