Onu bir neçә saat qabaq iki dostuyla pubda görmәk olardı. İyul axşamı saat doqquzu, günbatımının sonsuz әzәmәtini, gözәlliyini vә kәdәrini xatırladırdı gözlәrindәki ifadә. Bir zaman yaşadığı dәhşәtlәri qaldıra bilmәdiyinin ifadәsi, mәğlub olmuşluq vә bunun kәdәri varıydı bu gözlәrdә. Bu gözlәrә әzәmәti dә mәhz bu kәdәr verirdi.
20.12.2013
Həmin o günə ilyarım qalarkən
11 il… Körpə bir uşağın on bir il atasız qalmasının nə demək olduğunu hakim, prokuror haradan biləydi axı. Onsuz bizim nə çətinliklər çəkəcəyimizi, yaxınlarımın, xüsusən də atam tərəfin bizə düşmən kimi davranacağından hakim də, prokuror da, mən də xəbərsiziydik. Onlar bəlkə indi də bilmir bunun nə demək olduğunu, ama mən, artıq yaxşı bilirəm, gördüm, yaşadım bunu çünki. Beşinci sinifdə oxuyanda cəbr müəlliməmiz qəfildən atamın harada işlədiyini soruşdu, “zavodda işləyir” dedim başımı aşağı salaraq, gözlərimin dolduğunu görməyini istəmirdim.
18.12.2013
16.12.2013
Kaydol:
Kayıtlar (Atom)