Qaçış haqda ilk tənqidi və babat yazını Əli yazdı. (Ümid edirəm sadəcə adını çəkməyimdən inciməz. Hər nə qədər də o, mənim təxəllüsümə, ümumiyyətlə təxəllüslə yazmağıma ironiya etsə də, mənim onun sadəcə adını yazmağım səmimiyyətdən doğur). Deməli belə. Əli bloq yazısının başlanğıcında təqdimatın keçirildiyi məkana və dost-tanış söhbətinə ilişir. Əli, təqdimatın party şəklində pubda təşkil olunması fikri mənim idi. Hələ ağlı başında olmayan bir gənc kimi sıxıcı kitab təqdimatı olmasını istəmədim. İntellektual mühitlər hər nə qədər intellektual olsa da, bir o qədər sıxıcı olur. Xüsusən də, əgər müəllif özü orda yoxdursa. Həm gələnlərin əylənmək kimi bir hüququ var deyə düşündüm. Ona görə bu fikrə gəldim. Dost-tanış da elə bir şeydir ki, ora gələnlər hamısı bir-birinin tanışı olur. Ora nə qədər yad adam gəlir və ya başqa bir sual: dostluğumuzda kitaba maraq göstərən, adını eşitmədiyi birinin kitab təqdimatına gələn neçə nəfər kənar adam tapa bilərdim(n)? Təxəllüs barəsində isə iradları qəbul etmirəm, ya da nə bilim. Necə istəsən, elə başa düş. Sürgün olunmuş, dağın başında inanmadığımız taleyin ümidinə buraxılmış adamın başqa şansı yox idi təəssüf ki. Kafka deyirsən, Bukowski deyirsən və Dostoyevski deyirsən. Kafkadan 'atama məktublar'dan başqa, əsər oxumamışam, Bukowskidən heç nə oxumamışam, Dostoyevskinin isə adını çəkdiyin məlum əsərinin üzünü açmamışam. Yəni onlardan təsirlənməyi qoyaq bir kənara. Tükəzban deyirsən, mən də sənə həyatın reallığıdır deyirəm. Bəyəm, günümüzün ən çox müzakirə olunan məsələlərindən biri deyilmi cazibədar qızların Tükəzban çıxmağı? Digər sevgili məsələsində uzunçuluq və banallıq etdiyimi qəbul edirəm, yerdən-göyə qədər haqlısan. Sentimentallıq məsələsinə gəlincə, bu ölkədəki vəziyyətə görədir. Ki, bu da bəzi yerlərdə açıq-aşkar göstərilib. Və şəxsi bədbinliyi tənqid edirsən. Belə bir adam tanıyırdım. Kamyunun 'yad'ındakı cənab Merso kimi biriydi. Bir az onun prototipini yaratmaq istəmişəm. Bir az da ,yəqin, əsəri yazanda o vaxtıma düşüb :)) pivəxana söhbətinə gəlincə, dövrümüz belədir, məni qınama :P keçək təmasül alətinin qalxmaması və bunun bədbinlik, kədər gətirməsi. İnsafın olsun, Əli Novruzov. Niyə axı malı mala qatırsan, kitabda bu əlaqəni göstərən ən xırda cümlə belə yoxdur. Çində bir adamı ildırım 6 dəfə vurmuşdu. Yəni adamın bəxti belə gətirib. Orda tənasül söhbəti də belə bir şeydir. Amerikano söhbətinə də bir açıqlama verim, keçərik arxa qapaq fotosuna. Bir kafe var Axundov parkının yanında. Adını unutmuşam. Çünki bura gələndən beynimdə çox şey silinib, yadıma sala bilmirəm. Hə, bax həmin kafedə amerikano içirdim. İçinə də şəkər qatırdıım həmişə. Onda vallah köpüklənirdi :D :P Arxa qapaq fotosundan isə xəbərim yoxdur. Üz qapağı mənim fikrimdir, arxadan xəbərim yoxdur :D fahişə sözü sentimental səslənirsə, bunun da günahı məndə deyil. O cümlə başqa şeydən xəbər verir. Bu qədər, Əli. Tənqidlərinə və ümumiyyətlə tənqid yazdığına görə sənə hədsiz minnətdaram. Qayıblara qarışan yazar ikinci dəfə sənin qarşına ikinci kitabla çıxacaq. Ona da tənqidi yazını gözləyəcəm. Tənqid inkişafdır və ən əsası tənqid mənim üçün gücdür. Çox sağ ol ki, məni güclü etdin.
25.10.2015
28.06.2015
Adamlar və imtinalar
"Məncə, siyasi baxışlar adam haqqında tam təsəvvür verir. Siz mənə yalnız nə fikirləşdiyinizi və nə hiss etdiyinizi deyin, mən sizə etiqadınıızın nə olduğunu söyləyim. Adam həyatının ilk günündən hansı cəmiyyətə və partiyaya mənsub olursa-olsun, onun xarakteri gec-tez tərbiyəsi olan zehniyyət və əqidəyə qalib gələcəkdir. Deyin görüm, insanpərvərlik və nəciblik məfhumlarına yabançı olan bir dövlət quruluşunun mövcud olması ilə sakitcə razılaşan bir adamdan yaxşı bir şey gözləmək olarmı? "
25.06.2015
İlk tullanışım. Boğulmağı ilk dəfə dadıram
Bu gün bir başqa oldu. Yaxşı, ya pis, deyə bilmərəm, amma başqa cür oldu. Elminlə getmişdik çimməyə. Burda nə dəniz var, nə də şəlalə. Bir Kür çayımız var qarşısını kəsib SES düzəltdikləri. Kür də anadan travamlı doğulan ərköyün uşaq kimi beyni çönəndə hər il bir neçə nəfəri öz qaranlığına qərq edir. Mənim kimi güc-bəlayla üzən adam ora gedərmi? Təbii ki, yox. Çünki sahildə üzdüyün halda su səni sahildən uzaqlaşdırır, bundan başqa dibi çuxurlarla doludur. Biz də getdik kanala çimməyə. Qoca kişilər demiş: kopoğlunun ssri-si. Nəhəng turbalarla suyu uzaqlardan çəkib gətirir, turba qonşu kənddən keçir. Əkin sahələrinə yaxın yerlərdə artıq kanala açılır. Kanal yeraltı turbalara keçir, yolun altından keçir və yenidən hündür təpəliyin içində olan kanala açılır. Buradan da su platinası deyilən yerə axır. Suyun sonrakı taleyi haqda isə xəbərim yoxdur. Zatən söhbətimin mövzusu da bu deyil. Həmin o ikinci kanalın kənarları sovet dövründə sementlənib. Bura mənim üçün xüsusi məna kəsb edir. Həyatda səhvlərinə baxmayaraq sevdiyim tək-tük insanlardan olan babamla uşaqlığımda bura gəlirdik. Sizin eşşək arabası, bizim eşşək daşqası dediyimiz şeylə. Prinsipcə eynidir. Yəni söz birləşmələri sinonimdir. Daşqadan daşqaya da fərq var. Eşşəkdən eşşəyə olduğu kimi. Daşqa var dörd təkərlidir. Adətən, belə daşqaların təkəri dəmirdən olur, eşşək üçün onu çəkmək müsibətdir, amma aşma təhlükəsi azdır. Bu, bir az demode buraxılışdır. Həmin vaxtlar artıq daşqaları iki təkərli etmək dəbiydi. Təkərləri maşın təkəri olurdu. Eşşək qaçır hətta. Amma aşma ehtimalı çox olurdu. Babam da həmin vaxtlar təzəcə yeni model daşqa düzəltdirmişdi. Rəhmətliyin beynini gecə-gündüz yemişdim. Çünki eşşəyə yazığım gəlirdi.
Sizə danışıram 3-cü sinifdə oxuduğum vaxtlardan. Atam həbsdə idi. Ata tərəfim zırrama. Ona görə də yayda anamın atasının yanına gedirdim. Mənim üçün həmin babamın yanına getmək şəhərdən kəndə gedən uşağın hissləri qədər sevincli idi. Baxmayaraq ki, bir kənddən o biri kəndə gedirdim. Cəmi 5 kilometr. Ancaq bəzi şeylər məsafə ilə ölçülmür. Yaxınlıq, özünü rahat hiss etmək başqa şeydir. Bunu başqa bir misalla da göstərmək istərdim, ancaq qorxuram sevgilimin anası bunu oxuya, poxa keçim. Oturmuşuq oturduğumuz yerdə. Nəysə. Söhbətdən yayınmayaq. Həmin vaxtlar bu kanala həsrətlə baxırdım. İndi görürəm ki, 10 yaşlı uşaqlar kanalda təkbaşına çimir. O vaxtlar belə şey qəbul edilməz idi. Bir çox şey kimi.
Babam xətrimi çox istəyirdi. Bir dəfə bütün qadağalara tüpürüb demişdi get çim. Yanımda da əkin yerindən qonşu olan Röyal adlı oğlan. Onda o, 9-da oxuyurdu. Ən əsası da üzə bilirdi. Həmin vaxt çimmək 15 dəqiqə filan çəkmişdi.
Indi 14 illik aradan sonra mən yenə burdayam. Xatirələr dipdiri. Hətta kanalın üstündən əkin yerinin kənarındakı ağaclara baxıram. Söyüd, tut ağacları. Arx da yenə eynidir. Dayım bu yeri satıbmı, bilmirəm. Heç maraqlı da deyil. Əsas olan budur. O yer heç yerə qaçmır.
Kanala çatmamış soyunuram, paltarları bir kənara tullayıb ehtiyatla suya girirəm. Su soyuqdur. Yavaş-yavaş, ayağımla qabağı yoxlaya-yoxlaya irəli gedirəm. Qorxuram. Amma suyun ortasına çatıram, su isə sinəmdən aşağıdır. Bir vaxtlar boğulmaqdan qorxduğum kanalın bu yeri necə də dayazıymış. Bu gün fərqli bir şey etmək istədik. Kanalın ən hündür yerindən ən dərin yerinə tullanmaq. Üzmə bilməyən adamlar 4 metr hündürlükdən 4 metr dərinliyə tullanmaq istəyirlər. Bizə dəlilik kimi görünür. Sementin üstündə çılpaq ayaqları ilə qaçan on beş yaşlı uşaq bizə ürək-dirək verir. Özü yuxarı qalxır və ordan hoppanır. Ən hündür yerdən ən dərin yerə. Ona nə var, o üzməyi bilir. Biz isə bilmirik. Sonra bir də tullanır. Dil boğaza qoymadan danışır, ürəkləndirir. Nəhayət ora qalxıram. Arxamca da Elmin. Aşağı baxanda gözlərim böyüyür. Uşaq mənə sağ tərəfi göstərir: "Bax, ora tullan. Dayazdır, ayağın quma dəyəcək. " Mən isə qorxuram. Yox, ayağım quma dəyəcək, qırıla bilər, tullananda ayağım betondakı armatur çıxıntılarına ilişə bilər. Hətta külək məni betona çırpa bilər. Elmin məndən cəsarətli çıxır. Mən risk etmək istədikcə həyəcanlanıram, qışqırıram. O isə arxaya gedir və qaça-qaça gəlir. Bir an tərəddüd edir. Ancaq artıq gecdir, havada tərəddüd fayda vermir. Suyun səsi və o, suyun üzündədir. Ortaya tullandı, amma qaça-qaça gəldiyinə görə qabağa atdı özünü. Suyun dayaz yerinə. Elmini ikinci dəfə tullanmağa razı salıram. Bir az sağ tərəfə gedib ən ucda dayandım. Və özümü atdım. Havada olduğu vaxt ərzində qəribə hisslər yaşayır adam. Bunu hər gün təkrarlayan uşaqlar bu hissi yaşaya bilməz. Ya öyrəşiblər, ya da ki, hisslərin təsvirinə, dərkinə ayıracaq vaxtları yoxdur. Qorxu böyükdür. Geri dönüş yoxdur. Bu haqda düşünmürsən də. Heç suya dəyəndə nə olacağı barədə də. Bilmirsən heç nəyi. Suya dəyən anda içini ölüm qorxusu kəsdirir. "Gərək etməyəydim" hissi, ya da poxa keçdim fikri. Dibə batırsan. Ancaq bu dib deyil. Ayağımla oğlanın dediyi qumu axtarıram. Qum isə yoxdur. Səhv yerə tullanmışam, deməli. Əsas məsələ yuxarı qalxmaq və yeri təyin etməkdir. Dayaz yer uzaqdır. Su məni bir də udur. Xayalarım qamçılanmış kimidir. Amma ağrıdan bağırmaq sonranın işidir, su udmamalıyam və təntiməməliyəm. İkinci dəfə çıxanda yuxarı baxdım. Oğlan orada oturmuşdu. Amma mənə kömək edəcəyini demişdi. Yenidən suyun dibinə gedirəm. Qorxumdan gözlərimi də yumuram hər dəfə. Bu dəfə suyun üzünə qalxanda əllərimi məqsədsiz şəkildə yellədirəm suyun içində. Axına kömək etmək üçün. 5-6 metrdən sonra su dayazlaşacaq. Artıq boğulmaq və suyun üzünə çıxmaq adi gəlir. Əsas olan su udmamaqdır. Xayamın ağrısı güclənir. Suyun dayaz yerinə çatanda qışqırıram, suyu söyürəm. Kənd uşağı üçün isə bu adi mənzərədir. Burda çox şey görüb o. Onu özündən böyüklər ən dərin yerə atıblar, suda boğmağa çalışıblar. Zarafatla. Mənim boğulmağım da bir zarafatdır onun üçün. Üzməyi öyrənməyimi istəyir. Sudan kənara çıxanda xayamın ağrısı azalmışdı. Amma hələ ürəyim şiddətlə döyünürdü.
P.S. Tullandığımız yer şəklin
sağ yuxarı tərəfi idi. Şəkildə ora uzaq və məsum görünür. Eni 20 metrə yaxındır. Beton divardan 8-9 metr məsafə 2 metrdən çox dərinliyi var. Mən düz dibə, 4 metr dərinliyə düşmüşdüm.
Sizə danışıram 3-cü sinifdə oxuduğum vaxtlardan. Atam həbsdə idi. Ata tərəfim zırrama. Ona görə də yayda anamın atasının yanına gedirdim. Mənim üçün həmin babamın yanına getmək şəhərdən kəndə gedən uşağın hissləri qədər sevincli idi. Baxmayaraq ki, bir kənddən o biri kəndə gedirdim. Cəmi 5 kilometr. Ancaq bəzi şeylər məsafə ilə ölçülmür. Yaxınlıq, özünü rahat hiss etmək başqa şeydir. Bunu başqa bir misalla da göstərmək istərdim, ancaq qorxuram sevgilimin anası bunu oxuya, poxa keçim. Oturmuşuq oturduğumuz yerdə. Nəysə. Söhbətdən yayınmayaq. Həmin vaxtlar bu kanala həsrətlə baxırdım. İndi görürəm ki, 10 yaşlı uşaqlar kanalda təkbaşına çimir. O vaxtlar belə şey qəbul edilməz idi. Bir çox şey kimi.
Babam xətrimi çox istəyirdi. Bir dəfə bütün qadağalara tüpürüb demişdi get çim. Yanımda da əkin yerindən qonşu olan Röyal adlı oğlan. Onda o, 9-da oxuyurdu. Ən əsası da üzə bilirdi. Həmin vaxt çimmək 15 dəqiqə filan çəkmişdi.
Indi 14 illik aradan sonra mən yenə burdayam. Xatirələr dipdiri. Hətta kanalın üstündən əkin yerinin kənarındakı ağaclara baxıram. Söyüd, tut ağacları. Arx da yenə eynidir. Dayım bu yeri satıbmı, bilmirəm. Heç maraqlı da deyil. Əsas olan budur. O yer heç yerə qaçmır.
Kanala çatmamış soyunuram, paltarları bir kənara tullayıb ehtiyatla suya girirəm. Su soyuqdur. Yavaş-yavaş, ayağımla qabağı yoxlaya-yoxlaya irəli gedirəm. Qorxuram. Amma suyun ortasına çatıram, su isə sinəmdən aşağıdır. Bir vaxtlar boğulmaqdan qorxduğum kanalın bu yeri necə də dayazıymış. Bu gün fərqli bir şey etmək istədik. Kanalın ən hündür yerindən ən dərin yerinə tullanmaq. Üzmə bilməyən adamlar 4 metr hündürlükdən 4 metr dərinliyə tullanmaq istəyirlər. Bizə dəlilik kimi görünür. Sementin üstündə çılpaq ayaqları ilə qaçan on beş yaşlı uşaq bizə ürək-dirək verir. Özü yuxarı qalxır və ordan hoppanır. Ən hündür yerdən ən dərin yerə. Ona nə var, o üzməyi bilir. Biz isə bilmirik. Sonra bir də tullanır. Dil boğaza qoymadan danışır, ürəkləndirir. Nəhayət ora qalxıram. Arxamca da Elmin. Aşağı baxanda gözlərim böyüyür. Uşaq mənə sağ tərəfi göstərir: "Bax, ora tullan. Dayazdır, ayağın quma dəyəcək. " Mən isə qorxuram. Yox, ayağım quma dəyəcək, qırıla bilər, tullananda ayağım betondakı armatur çıxıntılarına ilişə bilər. Hətta külək məni betona çırpa bilər. Elmin məndən cəsarətli çıxır. Mən risk etmək istədikcə həyəcanlanıram, qışqırıram. O isə arxaya gedir və qaça-qaça gəlir. Bir an tərəddüd edir. Ancaq artıq gecdir, havada tərəddüd fayda vermir. Suyun səsi və o, suyun üzündədir. Ortaya tullandı, amma qaça-qaça gəldiyinə görə qabağa atdı özünü. Suyun dayaz yerinə. Elmini ikinci dəfə tullanmağa razı salıram. Bir az sağ tərəfə gedib ən ucda dayandım. Və özümü atdım. Havada olduğu vaxt ərzində qəribə hisslər yaşayır adam. Bunu hər gün təkrarlayan uşaqlar bu hissi yaşaya bilməz. Ya öyrəşiblər, ya da ki, hisslərin təsvirinə, dərkinə ayıracaq vaxtları yoxdur. Qorxu böyükdür. Geri dönüş yoxdur. Bu haqda düşünmürsən də. Heç suya dəyəndə nə olacağı barədə də. Bilmirsən heç nəyi. Suya dəyən anda içini ölüm qorxusu kəsdirir. "Gərək etməyəydim" hissi, ya da poxa keçdim fikri. Dibə batırsan. Ancaq bu dib deyil. Ayağımla oğlanın dediyi qumu axtarıram. Qum isə yoxdur. Səhv yerə tullanmışam, deməli. Əsas məsələ yuxarı qalxmaq və yeri təyin etməkdir. Dayaz yer uzaqdır. Su məni bir də udur. Xayalarım qamçılanmış kimidir. Amma ağrıdan bağırmaq sonranın işidir, su udmamalıyam və təntiməməliyəm. İkinci dəfə çıxanda yuxarı baxdım. Oğlan orada oturmuşdu. Amma mənə kömək edəcəyini demişdi. Yenidən suyun dibinə gedirəm. Qorxumdan gözlərimi də yumuram hər dəfə. Bu dəfə suyun üzünə qalxanda əllərimi məqsədsiz şəkildə yellədirəm suyun içində. Axına kömək etmək üçün. 5-6 metrdən sonra su dayazlaşacaq. Artıq boğulmaq və suyun üzünə çıxmaq adi gəlir. Əsas olan su udmamaqdır. Xayamın ağrısı güclənir. Suyun dayaz yerinə çatanda qışqırıram, suyu söyürəm. Kənd uşağı üçün isə bu adi mənzərədir. Burda çox şey görüb o. Onu özündən böyüklər ən dərin yerə atıblar, suda boğmağa çalışıblar. Zarafatla. Mənim boğulmağım da bir zarafatdır onun üçün. Üzməyi öyrənməyimi istəyir. Sudan kənara çıxanda xayamın ağrısı azalmışdı. Amma hələ ürəyim şiddətlə döyünürdü.
P.S. Tullandığımız yer şəklin
sağ yuxarı tərəfi idi. Şəkildə ora uzaq və məsum görünür. Eni 20 metrə yaxındır. Beton divardan 8-9 metr məsafə 2 metrdən çox dərinliyi var. Mən düz dibə, 4 metr dərinliyə düşmüşdüm.
Çe Gaveranın son sirri
İlk olaraq onu deyim ki, ilk dəfədir ki, telefonla bloq yazısı yazıram. Bu, bilirsinizmi, nəyə bənzəyir? Çap maşınında yazmağa. Çünki yazdıqca eynən ondakı kimi telefonun ekranı soldan sağa sürüşür, və ya əksinə.
Şəkildəki kitabı Şəmkirdəki Heydər Əliyev mərkəzindən götürmüşəm. Bəli, orda iyirmi minlik kitabxananı görəndə mən də sizin qədər təəcüblənmişdim. Hələ burda Ağalar Məmmədovun, Sartrın, Rasim Qaracanın, Voyniçin kitablarını görəndə gözüm kəlləmə çıxmışdı.Şəxsiyyət vəsiqəsini qoymaq şərtilə 15 günlük götürülməyə icazə verilən 3 kitabdan biri Çe Gaveranın son sirri oldu.
Söhbət Məhəmməd Süleymanovdan gedirsə, google mütləq açıq olmalıdır.
Bəzən bir cümlədə iki dəfə google lazım olur. Təbii ki, yadımda qalmayan şeylər çox olur. Ancaq bu məni həyəcanlandırmır. Gəncəm, qarşımda hələ uzun bir ömür var. Oxumaqla keçəcək ömür. Çox güman ki, bu templə getsəm, ordakı məlumatların bir çoxundan hali olacam. Ancaq indi yadımda qalmırsa, bu, fəlakət deyil.
Söhbət Məhəmməd Süleymanovdan gedirsə, google mütləq açıq olmalıdır.
Bəzən bir cümlədə iki dəfə google lazım olur. Təbii ki, yadımda qalmayan şeylər çox olur. Ancaq bu məni həyəcanlandırmır. Gəncəm, qarşımda hələ uzun bir ömür var. Oxumaqla keçəcək ömür. Çox güman ki, bu templə getsəm, ordakı məlumatların bir çoxundan hali olacam. Ancaq indi yadımda qalmırsa, bu, fəlakət deyil.
Kitab Məhəmməd Süleymanovun ayrı-ayrı vaxtlarda yazdığı məqalələrin toplusudur. Ancaq məqalələr elə nizamlanıb ki, kitab adama dövrlərin müxtəlif ölkələr üzrə təsviri təsiri bağışlayır. Kitab Çe ilə başlayır. Bu gün də Sol inqilabının üzü olan Gevara ilə. O, kapitalizmə qarşı vuruşurdu. Ancaq indi onun şəkillərindən, onun haqqında çəkilən filmlərdən, reklamlardan ən çox pulu da elə kapitalistlər qazanır. Kapitalizmin çirkinliyi də bəlkə elə burasındadır. Pul gətirən hər şey yaxşıdır. Düşmənləri olsa belə. Bəlkə də, yaşamağın vacib qaydasıdır. Gəlir üçün mümkün olan hər şeyi etmək.
4.06.2015
Naməlum saxtakar - ən yaxşı filmlər seriyasından iki film
Bəzi filmlər var ki, adamı baxdığı müddət ərzində bütün beynini alt-üst edər, həyəcanlandırar, dırnaqlarını yedirər. Məsələn, detektiv, adrenalin filmləri. İran inqilabından və molla rejiminin hakimiyyətə gəlməsindən sonra Kanada səfirliyində sığınacaq tapıb gizlənən altı amerikan diplomatının xilas edilməsindən bəhs edən “Argo” filmi belə filmdir. Ssenari filmin baş rol oyunçusu Ben Affleckindir. Bir də başqa cür filmlər var. İnsanın beynini uzun müddət məşğul edən. Mənim iki belə filmim var. O filmlərin insan üstündəki təsirini ifadə edəsi olsam, sizə deyərəm ki, düşünün. Düşünün, ya da xatırlayın (başınıza gəlibsə, xatırlayın, gəlməyibsə, düşünün, təsəvvür edin), pulunuzun qurtardığı vaxtlarda yuxuda çoxlu pul görürsünüz. Həmin gün insan hallı gəzir, elə bil nəsə gözləyir. Yuxu o qədər təsirli olur ki, adam niyəsə pul tapacağına inanır. Ya da unuda bilmədiyin sevgilini yuxunda görürsən. Ancaq onun üzü. Başqa heç nə. Və həmin günlərdə sənin üstünə xoş bir ağırlıq çökür, başın dumanlı olur.
Keçək ilk filmə. Filmin orijinal adı Boy A. Türkçə dublyaj axtarmaq istəyənlər üçün “İsimsiz çocuk”. Bu filmi siyahıma daxil edəndə və baxmaq fikrinə düşəndə imdb-də bir də göz atdım. Filmə xal verənlərin sayı az olsa da, reytinqi yaxşı idi. İngiltərə istehsalı olduğuna görə ürəyimdə dedim ki, yəqin, Hollivud kütləsindən uzaqdır, diqqətdən kənarda qalıb. Və ərinmədim filmə baxdım. Film bir oğlanın həytından bəhs edir. Keçmiş və bu gündən parçalar növbəli şəkildə tamaşaçıya göstərilir. Bir oğlan kişiylə danışmağa başlayır. Məlum olur ki, kişi onun himayədarıdır. Oğlan isə artıq yeni bir həyata başlayır. Onun adı da yenidir. Himayədarıyla birlikdə özünü yeni ad seçirlər. Yeni ev, yeni iş yeri, yeni sevgili. Sevgini ilk dəfə dadan o və sevgini bir neçə dəfə gecəlik dadmış bir qadın. Oğlanın beyni qarışıqdır. Keçmişindən tam qopması nəticəsində o artıq bu dünyada yenidir. Sevişməyi başa düşmək istəyir. Və sevgini, sevişməyi hamıya məlum olan kimi yox, özü başa düşdüyü kimi yaşamaq istəyir.
Beynimizdə belə bir sual yaranır. Axı qəhrəmanın, yəni indiki bu cavan oğlanın keçmişlə əlaqəsinin itməsinə səbəb nədir? Niyə hər şey sıfırdan başlayır? Rejissor isə tələsmir.
Paralel olaraq oğlanın keçmişini göstərir. İki balaca uşaq. Rejissor qəhrəmanın uşaqlığına qayıdır. Keçmişdə hadisələr həmin məlum hadisəyə doğru istiqamətlənir. İki nadinc uşağın ümumi xarakteriskasını göstərir. Daha nadinc olanın digərinə örnək olmasını. Hətta bizim balaca qəhrəmanın (balaca qəhrəman - qəhrəmanın balacalığı, uşaqlığı) öz dostunun xətrinə dələduzluqlar etməsinin şahidi oluruq. Kiçik oğurluqlar, uşaq nadinclikləri. Hadisə yavaş-yavaş əsas qırılma nöqtəsinə doğru cərəyan edir. Bu məsələni danışmayacam. Filmdə sizin üçün də maraqlı nəsə qalmalıdır axı. Və həmin hadisədən sonra uşaqlardan birinin taleyi ölüm olur. Digəri isə hər şeyi sıfırlayır. Gerçəkdən sıfırlayır. Kubrickin “A clockwork Orange” filminə baxdığınızı deyin mənə. Ya da Nitşenin “Zərdüşt belə deyirdi” kitabındakı bir məşhur sitatı anladığınızı: “Yaxşılıq qədər pislik də vacib əməldir. Kim ki, daima yaxşıdır, o, riyakardır. İnsan daima yaxşı ola bilməz. Həyat üçün bəd əməllər də vacibdir.” Durub məni səhv çıxartçaq fikrinə düşməyin ki, a bəy, Nitşedə sözbəsöz belə bir şey yoxdur axı. Mən təqribi dedim. Nəysə. Qayıdaq Kubrickə. Həmin filmdə də pislik, bəd əməllər etmək, özünü zor tətbiq edərək müdaifə etmək qabiliyyəti əlindən alınmış birinin acı faciəsi göstərilir. Bizim filmdə də eyni ssenari təkrarlanır. Səbəb himayədarın oğlunun qısqanclığıdır. Qəhrəmanımız ard-arda uğurlar qazanır, artıq həyatda özünə yer tutmağa başlayır və ara-səra öz himayədarıyla görüşür. Ata artıq bizim qəhrəmanı oğlundan daha çox sevməyə başlayır. İşəyaramaz oğluna onu örnək göstərir. Oğul isə fəlakət törədir. Tək edilməli olmayan şeyi edir. Atasının komputerindən oğlanın gerçək kimliyini tapır və bunu ictimaiyyətə yayır. Cəmiyyətdə yeni bir adla hər şeyə yenidən başlayan oğlan artıq keçmişiylə ittiham olunmağa başlayır. Ancaq özünü müdafiə edə bilmir, əlindən yamanlıq gəlmir. Həm də gücsüz və zəifdir. Hər şeyini itirməyə başlayır. Hər gün evində gecələdiyi sevgilisi tərk edir, işindən atılır, insanlar üstünə cummağa başlayır. Tək yol var, o da ölüm. Xəyalında sevgilisiylə vidalaşır və onun üçün çox aqressiv olan bu dünyaya əlvida deyir.
Filmin premyerası 4 sentyabr 2008-ci ildə keçirilib. Film düz 12 mükafata layiq görülüb. BAFTA mükafatlarından “ən yaxşı aktyor” , “ən yaxşı rejissor” , “ən yaxşı dram musiqisi” və s.
Baş rolları Andrew Garfield, Peter Mullan, Shaun Evans oynayıb. Rejissor isə John Crowleydir.
Keçək ikinci filmə. Bu gün (dünən) 40 yaşı tamam olan Ancelina Colinin baş rolda oynadığı Changeling (Saxtakar) filmi. Changeling sözü ingiliscədə kiçikliyində dəyişdirilən uşaq demək olsa da, türkcəyə filmin adı “Sahtekar) kimi çevrilib. Film köhnə Amerikada telefonçu qadının həyatından bəhs edir. Qadının bütün ümidini bağladığı yeganə oğlu bir gün oğurlanır. Və elə o illərdə gücüylə öyünən və sonsuz hakimiyyətə malik olan amerikan polisi işə qarışır. Qısa müddət sonra qadının oğlunun tapıldığı barədə xəbər verilir. Oğlunun gələcəyi qatar stansiyasına gedən qadın isə oğlunun əvəzinə bir başqa uşaq görür. Polis səhv edib. Daha doğrusu, məsələni tez-bazar ört-basdır etmək üçün kimsəsiz bir uşağı qadının uşağı olaraq təqdim edib. Qadın isə bunu heç kimə isbat edə bilmir. Məsələ, hətta o həddə çatır ki, qadın uşağın onunku olmadığını isbat etmək üçün polislə toqquşmalı olur və nəticədə qadına dəli damğası vurub dəlixanaya atırlar. Ancaq məndə belə bir fikir formalaşıb ki, Amerikanı demokratiyanın beşiyi edən yolda məhz cəsarətli adamların böyük rolu əvəzsizdir. Burda qadına ancaq bir keşiş inanır. Çünki o, polis qudurğanlığından xəbərdardır və var-gücüylə polisin qeyri-məhdud hakimiyyətinin qarşısını almaq istəyir. Qadın uşağa başqa biri olduğunu etiraf etdirə bilsə də, bunu sübut edə bilmir. Keşiş isə onun dadına çatır. Qadının oğlu oğurlanıb və digər oğurlanan uşaqlarla bir evdə saxlanılır. Filmdə bunlar ancaq danışıq olaraq keçir. Və uşaqlardan bir neçəsi qaçmağa müvəffəq olur. Həmin uşaqlardan birinə isə qadının oğlu kömək edir. Məsələ aydınlaşır, polis hakimiyyətinə son qoyulur. Ancaq qadının oğlu tapılmır. Ümid işığı isə var. Çünki oğlan xilas olub və anası əmindir ki, bir gün oğlu onun yanına qayıdacaq.
Filmin rejissoru əjdaha Clint Eastwooddur. Rolları isə Angelina Jolie və John Malkovich kimi əjdahalar oynayır. Filmin premyerası 31 oktyabr 2008-ci ildir. Filmin 11 mükafatı var və 47 mükafat üzrə namizəd göstərilib.
Hər iki film haqqında mən qısadan da qısa izahat yazdım. Əsas işi sizi buraxdım. Sizin işiniz baxmaq və zövq almaqdır. İstəsəniz təəssüratlarınızı bölüşə, ya da gizlədə bilərsiniz. Hər bir halda əsas olan filmlərdən zövq almaqdır. Buyurub baxa bilərsiniz :)
26.05.2015
Susqunluğun anatomiyası (qeydlər)
Vatslav Havel
çex yazıçısı, dissidenti və dövlət xadimidir. Və Havel 1989-da demokratik dəyişiklikdən
sonra Çexoslovakiyanın ilk prezidenti olub. Bu, onun azərbaycan dilinə tərcümə
olunmuş ikinci kitabıdır. Kitab özü mütləq oxunmalıdır. Mən ordan ancaq elə
qeydləri seçib yazmışam ki, bu, bizə aiddir. Senzura əlimi-qolumu bağladığına
görə mən bu haqda çox şey yaza bilmirəm, güc sizin üstünüzə düşür. Oxuduğunuz hər
qeyddə bizim ölkəylə müqayisələr aparmalı və ordakı halın bizdəki hansı vəziyyət
olduğunu tapmalısınız. Kitab tutduğu yolda inamını, savadını və gücünü artırmaq
istəyən insanlara şiddətlə tövsiyə olunur.
17.05.2015
Maqa!
Maqa,
Sənə məktub yazıram
Yazıram ki bağışla...
Belə bir xalq mahnısı var. Düzü, heç xalq
mahnısı olub-olmadığını da dəqiq bilmirəm, bunun heç o qədər də fərqi yoxdur.
“Sən mənim könlümə elə düşmüsən, xəstənin könlünə nar düşən kimi...” Məhəmməd də
dünən mənim yadıma belə düşmüşdü...
Dünənki növbətçiylə lap çoxdan tanışıq. Mülki
vaxtlarda eyni yataqxanada qalmışıq. Yataqxanada da kimin nə mal olduğu tez
bilinir. O vaxtkı şan-şöhrətim gedib ona da çatmışdı ki, belə bir adam var və
müxalif biridir, filan. Ona görə də hələ şəxsi tanışlıqdan qabaq onun hörmətini
qazanmışdım. İndi də burda o naryadıydı, mən də evdə işıq olmadığına görə gəlmişdim.
Bir az ayaqüstü söhbətdən sonra otağa qalxıb telefonla qurdalanmağa başladım.
12-ə qalmış söhbət etmək üçün yuxarı zəng edib məni çağırtdırdı. Dedi “otur
burda gözlə, tualetə dəyib gəlirəm.” Gözətçi otağında oturub onu gözləyəndə içəri
girən adamların ayaq səslərini eşitdim. Rəis də tuaetdən çıxmışdı. Dəhlizdə
görüşdülər. Onlar zabit yoldaşıydı. Başladılar ordan-burdan söhbətə. Gələnlərdən
üçüncüsü qiyabi tanış kimi ən sonda danışmağa başladı. Dedim ala bu ola bilməz.
Başımı balaca nəfəslikdən çıxarıb gözümü həmin adamın üzünə dikib eləmədim. Səs
Məhəmmədin səsiydi. Eyni onun kimi danışırdı. Məhəmmədin səsini eşidənlər bunu
daha yaxşı bilər. İndi onun səsini xarakterizə edəcək qədər söz bazam yoxdur. Məhəmməd
kimi o da təmkinlə danışırdı. Onun da səsində çılğınlıq var idi. Məhəmmədin bu təmkinliyində
nə qədər çılğınlıq olduğunu da tanıyanlar bilir. Adam var sözləri üyüdüb tökür,
adam da var vurdum duymaz. Məhəmmədin danışığında isə həmişə partlamağa hazır
barıt hiss olunurdu. Həmin adamın üzünə baxmağa cəsarət etmədim, çünki
qorxurdum ki, üzü onunkuna oxşamaya. Bu da cəhənnəm, əclaf bir üz ifadəsi ola
bilərdi. O danışırdı. Naxçıvanda qar uçqunundan, uçqun altındakı 3 hərbçidən
birinin bu olduğundan, təkcə onun sağ çıxdığından. Deyir qarı qucaqlayıb yığdım
altıma ki, üstümdə ağırlıq eləməsin. Qarın altından çıxan kimi də o birilərinə
zəng etdim. Zəng çatmırdı. MAXE-nin papağı düşən yerdə qarı eşələməyə başladım,
amma əllərim donurdu, dərin qaza bilmirdim. Gücüm çatdığı qədər hər yer
axtardım, alınmadı. Sonra xilasetmə gəldi, MAXE-nin meyidini həmin gün, o biri
zabitin meyidini üç gündən sonra tapdılar. Onlar gələnə kimi də mən dayanmadan
hər yeri ələk-vələk elədim.
Həmin gün onun yarımcan hala düşdüyü hiss
olunsa da, qətiyyən bundan danışıb özünə diqqət çəkmədi, onun gözlərində iki
yoldaşının ölümünün ağrısı duyulurdu. “Yaxşı qurtarmısan” , “Allah qurtarıb”
kimi ifadələrə də laqeydcəsinə susdu. Bu, elə bir vəziyyətdir ki, insan sağ
qaldığına sevinə bilmir.
Mən ona qulaq asdıqca Məhəmməd gəlib durmuşdu
gözümün qabağında. Adamın üzünü görmürdüm, ona görə danışanın Məhəmməd olduğunu
xəyal edirdim. Lənət olsun! Bu bilirsiniz, necə bir hissdir?! Məhəmməd dəhlizdədir,
mən ayağa durub otaqdan çıxsam, onu görəcəm, o da məni görəcək , gözlərimiz
parıldayacaq, qucaqlaşacağıq. Amma çıxmırdım. Çünki gerçək olmadığını bilirdim,
ancaq özümü aldatmağıma da heç nə mane olmurdu.
Məhəmmədi 2012-nin yayında tanımışdım. Bu,
Nidanın xoşbəxt vaxtlarıydı. Tanışı Rəşad Həsənova bağ evini müvəqqəti
vermişdi. Ev Hövsanda, dənizin 20-30 metrliyində yerləşirdi. Nidanın yay kampı
bu evdə keçdi. Üçgünlük kampın birincü günü oyananda otaqların birində yata birini
gördüm. Məhəmməddir dedilər. Gecələr oyaq qalır, ona görə də gec oyanacaq dedilər.
Nizamidəki “Beşmərtəbə” marketində satıcı işləyirdi. Axşam 9-dan səhər 8-dək.
Sonra dabanbasaraq qaçırdı bura, bir az yatırdı. Oyananda xüsusi tanışlığımız
olmadı. Sadəcə, ümumi söhbətlərdə iştirak etdik. Əsas tanışlığımız Nidanın eyni
işi ikimizə verməsi vaxtı oldu. İşi bilənlər bilir, bilməyənlər də yaxşı ki,
bilmir. Qəflətən zəng edib dedilər ki, Ümid, Məhəmmədlə filan işi görəcəksən, əlaqə
saxlayın. Nömrəsini göndərdilər və görüşdük. Rəsmi tanışlıqlar bizə görə deyil,
ona görə də onunla on ilin tanışları kimi salamlaşıb başladıq layihə haqqında
danışmağa. İş boyunca bir il ərzində həftədə 2-3 dəfə görüşdük. İşin
detallarını açıqlaya bilmədiyimə görə senzura edirəm özümə, ancaq xatirələri
yazmaqla yetinməliyəm. Mən ilk dəfə ondan eşitdim Bakuninin, Çomskinin adını,
anarxistliyin nə olduğunu. Hətta bir dəfə divara anarxizmin işarəsini çəkib
işin-gücün arasında dirəşmişdi ki, mənim şəklimi çək. Sonra ailələrimiz
haqqında danışırdıq. Onun atası haqda danışdıqlarına səsli gülürdüm, mənim
xatirələrim isə ancaq onun mənə “göt oğlu” deməsinə səbəb oldu. Para babası mən
olurdum. Xəsislik etməyə çalışırdım. “Sən öl, pulum yoxdur, 5 manatla bir həftəni
yola verməliyəm!” deyirdim. “Sikdir də, Ümid. Sən bir günü belə yola verə bilməzsən.
Di get siqaret al.” Qırmızı vinston çəkirdik. Bir neçə dəfə bizi şəhərdə babat
qovalamışdılar. Məndən sürətli qaçırdı. Arxaya qalırdım həmişə, canıma vicvicə
düşürdü ki, tutacaqlar məni. Qışqırırdım ki, ay oğraş, məni də gözlə. Bu qədər
siqaretə rəğmən bu, nə sürətdir? Mitinqdə də bu sürətlə qaçmışdı, mən isə
ayağım sürüşüb yıxıldığıma görə yaxalanmışdım. Həmin gün ,deməli, Məhəmməd
qaçır, qabaqda da başqa bir nidaçı, adı da Caviddir. Cavid Məhəmmədi tanımayıb,
elə bilib mülki geyimlidir. Məhəmməd polisdən qaçır, Cavid Məhəmməddən. Polis
heç birini tuta bilməmişdi. Deyirdi ki, sən də uşaq vaxtı atandan qaçsaydın,
indi mənim kimi olardın. Kişi haqqında çox danışırdı. “Bir dəfə məni yenə
vurdu. Dedi səni öldürəcəm. Gözlədim ki, hirsi soyusun, amma soyumurdu. Dedim
ala bilirsən, nə var? Öldürmək elə olmur, belə olur və başladım başımı divara
çırpmağa. Kişi gördü ki, yox, bu xiyar o xiyardan deyil. Məni hop götürüb atdı
otağın o biri küncündəki divanın üstünə.” Bir dəfə də, 8-də oxuyanda qaçıb
Bakıya gəlmişdi. Atası yenə vurmağa başlayıb, bu da kişinin üzünə deyib ki,
sikim sənin ağzını, göt oğlu. Və dabanına tüpürüb birbaşa qaçıb avtovağzala. Üç
gündən sonra tapmışdılar. Uşaq vaxtı ipəyatmaz biri olmuşdu. Heç indi də boyun əyən
biri deyil. Deyirdi ki, bəy, mən şeyimin üstünə filankəsin adını da yaza bilərəm,
heç kim məni qınaya bilməz. Gənclik belə olmalıdır. Mən universitetin bitməyini
gözləyirəm, ondan sonra nələr edəcəyimi görəcəksən. Arzularından danışırdı.
Gözləri elə parıldayırdı ki, adam fərəhlənirdi. 4-5 saat dayanmadan kilometrlərlə
yol gedirdik, amma gəl ki, yorulmurduq. Və Krevetkanın köhnə vaxtlarıydı.
Oturub-durduğumuz yer ora idi. Orda o vaxtlar bir qız işləyirdi. Döşlərinin
yarısı çöldə idi. Həm də qəşəng idi. Məhəmməd deyirdi ki, onu sevirəm. Biz də
onun yanında gözaltı süzürdük qızı.
Bir də dayanmadan Beşiktaşın, Fənərin,
Qalatasaryın himnlərini oxuyurdu. Həm Beşiktaşın himnini oxuyurdu, həm də
qalatasaraylıların Beşiktaşla məzələnmələri haqqındakı himni. O qədər oxumuşdu
ki, mən də əzbərləmişdim. Ara-sıra Nidanın himnini yolboyu oxuya-oxuya
gedirdik.
Onların həbsindən 2 ay qabaq idi. 12 yanvar
aksiyası. Birdən kütlə başladı “şəhidlər ölməz, vətən bölünməz” şüarı deməyə. Hənanın
yeri deyildi. Etiraz mitinqi dəstək mitinqinə çevrilmişdi. Məhəmməd qabağa
qaçıb camaatın qarşısında dayandı. “Dayanın, dayanın! Sakit!” qışqırırdı
dayanmadan. Yuxarı tullanırdı, əliylə camaatı sakitləşdirməyə çalışırdı. Gücü
çatdığı qədər başqa şüar deyirdi. Alınmışdı da. Kütləni aldadılmaqdan qurtara
bilmişdi.
Onu televizorda görəndə gözlərim dolmuşdu, nəfəsim
təngləşmişdi. Qozuma da deyildi onun nə danışdığı. Ağlımda olan iki şeyiydi.
Tutanda döyüblərmi. Bir də onun orda olmağı, həbsi. Kanallar ard-arda qəhbəlik
edirdilər. Hamısına baxmışdım. O 3 dəqiqəlik videodan nəsə gözləyirdim, nəsə
tapmağa çalışırdım. Məhəmmədin danışanda yubanmağı, başını gah aşağı salmağı, əlaqəsiz
sözlər deməyi və kamera arxasındakı adama baxmağı. Bu şeyləri biz başa
düşürdük, bilirdik. Ki, bu hərəkətlər bizə mesajdır. Və sonra ard-arda həbslər,
məhkəmələr. Ümidlə gözləmək. Barı görə bilsəydik. İlk dəfə həbsdən zəng edəndə
sevincdən gözlərim yaşarmışdı. "Ümiddir?” İlk sualı bu olmuşdu. Nömrə
görünmür içəridən zəng edəndə. Səsini tanımıdım. O, bütün zənglərində pozitiv
oldu. O, pozitiv olduqca məni ağlamaq tuturdu. Bu insanın yeri dörd divar arası
deyil. Başa düşürəm, inqilabçı filan, amma hisslər, həyat qayda-qanun hərləmir.
Onu dəmir barmaqlıqlar arxasına salmağa heç nə, heç bir ideologiya, heç kəs
haqq qazandıra bilməz. Bu həbslər
inqilabi yolun şanlı səhifələri ola bilər, ancaq insanlığın qara ləkəsidir.
Atasını 10 mart günü tanıdım. Çox təvazökar,
sadə bir insandır. Araz kafesində oturmuşduq. Mən, qardaşım, Məhəmmədin atası və
qohumları. Araz dayı stolun üstündəki qəzetdə Məhəmmədin şəklinə baxdı və dedi
ki, buna bax, cin kimi baxır adamın üzünə. Bir yerdə dura bilmirdi, tanınmaq
istəyirdi. Bu da tanınmaq...
Səsi titrəyirdi, amma oğlunun yanında
olacağını da bilirdik.
Məhəmmədin yanına yemək aparmaq üçün atasından
etibarnamə alınmalıydı. Etibarnaməni Elmin Bədəlova verəcəkdi. Gediblər
notariusa.Qız deyib ki, dayı, dovernusu nə qədər müddətlik verim? Elmin deyir,
duruxduq. Nəsə deyə bilmədik? Nə deyə bilərdik? Kişinin ümidi varıydı, ona görə
heç nə deyə bilmirdi. Bir az keçəndən sonra “Bir il yaz, qızım. Bir il... hələlik
bir il. Bəlkə, heç bir il lazım olmadı...” dedi.
P.S. Məhmmədin Məmməd olduğunu bilirəm, amma
siz məni Ümid tanıdığınız kimi, biz də onu Məhəmməd tanımışıq.
Kaydol:
Kayıtlar (Atom)






