sizə zəfər
gətirəcəyik
bizə məktub yazın heç olmasa
sətirlərdən ürəyiniz boy versin
səbirlə dinləyin şikəst qayıdan
əsgər yoldaşlarımızın gecə sayıqlamalarını
üz çevirib getməyin uşaqlarımız dilənəndə
su verin
çörək verin!
atalarımıza siqaret
analarımıza ürək dirək verin…
sizə zəfər gətirəcəyik
bizə barıt qoxusu dadmayan
səhər saxlayın
bir az günəş
bir az dəniz…
bir az da soyuq xırdalan pivəsi
şəxsən mənim üçün
və sevməyin ay əclaflar
bizi gözləyən qadınları
bizə məktub yazın heç olmasa
sətirlərdən ürəyiniz boy versin
səbirlə dinləyin şikəst qayıdan
əsgər yoldaşlarımızın gecə sayıqlamalarını
üz çevirib getməyin uşaqlarımız dilənəndə
su verin
çörək verin!
atalarımıza siqaret
analarımıza ürək dirək verin…
sizə zəfər gətirəcəyik
bizə barıt qoxusu dadmayan
səhər saxlayın
bir az günəş
bir az dəniz…
bir az da soyuq xırdalan pivəsi
şəxsən mənim üçün
və sevməyin ay əclaflar
bizi gözləyən qadınları
2011-ci ilin
oktyabrın sonları idi. Hər gün “Yeni Müsavat” və ya “Azadlq” alıb, qəzetin
bütün səhifələrini acgözlüklə oxuyurdum. Onda ilk dəfə oxudum ki, bizimkilər
Ermənistana noyabrın iyirmisinə qədər vaxt qoyublar. Ki, bəs belə-belə, ya Ermənstan
sülh yolu ilə Qarabağı qaytarmalıdır, ya da Erməistanın daşını daş üstündə
qoymayacağıq. Ciddi-ciddi inanmışdım da, hətta prinsipə səbrlə həmin tarixi
gözləmişdim ki, erməniləri tari-mar edəcəyik. Amma heç nə olmadı, sadəcə heç nə
olmadı.
Bu, məndə müharibə proqnozuyla bağlı elə böyük
coşqu və inam yaratmışdı ki, ondan sonrakı heç bir müharibə proqnozuna qoz
qoymadım, hamısının filfilo olduğuna əminiydim. Çünki ən yüksəkdən verilən vəd
yerinə yetirilmirsə, qalan heç kimin sözü ciddi və dəqiq ola bilməzdi.
Bu hadisənin üstündən keçən 3 il ərzində ara-sıra
belə xəbərlər eşitdim, facebookda keçən il 30 kənd aldıq, sonra verdik, ermənilərə
qrad atdıq, jurnalistlərimiz işğaldan azad olunan kəndlərimizdən foto çəkdilər,
sonra kənd məsələsi itdi-batdı. Nəysə, sözümün canı o deyil. Kinoteatrlarda
nümayiş olunan filmlərin nümayişindən qabaq müxtəlif mənzərələr göstrilirdi
sovet vaxtında, ona da “jurnal” deyirdilər. Kitablardan oxumuşam. Hə, bax, mənim
dediyim də yazımın jurnal hissəsiydi. Müharibəni lənətləmək haqda sonra yazdım
bəlkə. Indi keçək əsas məsələyə, insanlarımızın müharibəyə və hərbiçilərimizə
münasibətinə. Çünki Beyləqanda mənə elə od qoyublar ki, yazıb hirsimi çıxmasam,
özümə yer tapa bilməyəcəm.
Facebookda müharibə eşqiylə yanan oğlanlarımızı,
qızlarımızı, xala və dayılarımızı, yəqin ki, gördüz bu müddətdə (siz də
onlardan birisiniz?). Bəs bu adamlar kimdilər? Heç maraqlanmısınızmı? İlk öncə
oğlanlardan başlayaq, xalalarda bitirərik. Hərbi xidmətə getməyənlər, ya hərbi
xidməti tanış-bilişlə, pulla birtəhr yola verib, başını tibb məntəqəsində girələyənlər.
Biri mənim böyük əmimoğlu. Arxa cəbhədəki hərbi hissələrin birində xidmət etdi,
xidmətinin yarıdan çoxunu da tibb məntəqəsində keçirdi. Əlinə silah alıb, vətəni
qorumağa hazır olduğunu deyir. Sektorun bəyləri. Hərbidən anlayışları yoxdur, müharibə
istəyirlər, amma soruşun, əkəriyyəti hərbi xidmətə getməyib. Hətta onlardan
biri 4-5 ay qabaq mənə sübut etməyə çalışırdı ki, MN-də 50-ə yaxın general var.
Mən bir üz oldum, o bir üz, dediyindən dönmədi, axırda çar-naçar mən onunla
razılaşdım.
Qızlar. Bunlar lap ayrı aləmdir. Hamısı kişilərimizin
qabağa gedib vətəni qorumağını istəyirlər. Özləri də facebookda torpaqları azad
edən igid oğullarımızdan heç də geri qalmayaraq, addım-addım yox, kənd-kənd erməniləri
dala qaytarırdılar. Söz də demək olmur. Deyirlər kişisiniz, sizin borcunuzdur vətəni
qorumaq. Hətta bu qızlardan biri ömrü boyu görmədiyi hərbi bileti alıb əlinə, 2
gündür öyrəndiyi (özü etiraf etdi) səfərbərlik sözünü göstərib deyir ki, səfərbəlik
elan olunacaq.
Dayılardan Əjdr Tağızadə adlı tipsizi gördüm ki,
Suriyadakı vətəndaş müharibəsindəki bir videonu paylaşıb, həvəslə bizimkilərin
erməniləri qrad atəşinə tutduğunu yazır.
Bunu müharibə başlayan kimi (lap elə indi d olar) atasan ermənin qabağına ki,
bir güllə vursunlar, heç olmasa, bir xeyri dəysin.
Xalalar, 28-30 yaş üstü xanımlar müharibədən çox da
dəm vurmurlar, əksinə az-maz müharibə dəhşətlərini gördüklərinə görə hətta
qorxurlar. Bu dəfə evə gələndə xalalar çağırdılar məni yanlarına ki, de, görək
müharibə olacaqmı. Yox dedim, sevindilər. Sən demə, rayondakı seyidə nəzir
deyibmişlər, yəni qazanan seyid oldu J
Bəs nədir bu insanlar içindəki müharibə sevdası?
Düşündüm və aşağıdakı səəbəbləri tapdım, bilmədiyim səbəblər də ola bilər. Amma
mənə görə: 1)Beynimizə yeridilən “Vətəni qorumaq” anlayışı və vətənşüvənlik. Hər nə qədər kosmopolit görünsək də,
torpaqlarımızın işğal altında olması qanımıza toxunur, bu azmış kimi atəşkəsin
pozulması, əsgərlərimizin şəhid olması da bizi qıcıqlandırır, qisas almaq
arzusunu alovlandırır. Buna sübut kimi normal vaxtda düşmənə qarşı bu qədər
aqressiyanın olmamasını göstərə bilərəm. 2)Qızların gözündə favorit olmaq üçün.
Kişi cinsinin bu amal uğrunda edəcəyi şeylərdən biri də budur. Axı hərbi,
müharibə məsələləri hər zaman qadın qismi üçün maraqlı olur, kişilər də bundan
məharətlə istifadə edir, müharibə aruzusuyla alışıb-yandıqlarını göstərərək
qızların sevimlisi olmaq istəyirlər. 3) Hərşeyşünas sindromu. Müharibə haqqında
bildikləri bütün əhvalatları danışırlar, hətta başqalarının bilmədiklərini
danışmağa cəhd edirlər, gopa basırlar, təki insanların gözündə yüksəlsinlər və
fərqlənsinlər, hamı onlara hörmət etsin, öz eqolarını təmin etsinlər. Sizə
tövsiyəm, sizin də nəsə bildiyinizi göstərməyə çalışmamağınızdır. Yoxsa əsəbiləşəcəklər.
4) Əjdər müəllim kimiləri susuz çöllüyə bənzəyən səhifələrində like sayını bu
cür videolarla artırırlar. Bu cür statuslarla çox adam bir xeyli like qazandı. 5)
“Biz torpaqlarımızı hər an sülh yolu ilə və ya müharibə yolu ilə qaytarmağa
hazırıq” deyən, oğlu hərbi xidmət üzü görməyən iri və orta çaplı məmurlar ayrı
bir kateqoriyadır ki, bunlar da işi üçün bu cümləni əzbərdən, hər reportajda
deməyə məcburdurlar. Və 6) Gerçək vətənpərvərlər. Müharibə istəməyən, ancaq
qaçınılmaz olarsa, ordu sıralarına ilk qatılacaq adamlar, adsız qəhrəmanlar. Könüllülər.
Onların bu ölkədə qədri bilinmir, ona görə də onlara fədai demək daha düzgün
olar.
Keçirəm yazımın ikinci hissəsinə.
Mülki əhalinin hərbiyə və hərbiçilərə olan münasibətinə. Bu, həqiqiətən, ağır dərddir.
Bölgədən bölgəyə dəyişən bir şeydir. Qısa olaraq onu deyim ki, ulu xalqımızın əksər
hissəsi torpaqlarımıın azad olunmağını, firavan, rahat yaşamağı istəyir, ancaq
hərdən hərbi qulluqçuya bir stəkan suyu qıymayacaq qədər əclaflıq edirlər. Hərbiçiyə
qız verməkdən çəkinirlər, ancaq vətənin sağ olmağını istəyirlər. Hərbiçiyə ərzaq
mallarını baha qiymətə satırlar, ancaq vətənin sağ olmağını stəyirlər. Köhnə-köşkür
evləri baha qiymətə kirayə verirlər, ancaq vətənin sağ olmağını istəyirlər. Hərbi
xidməti fırladanlara “əhsən” deyib, vicdanla xidmət edənlərə “lox” deyirlər,
övladlarını rahat hərbi hissələrə saldırırlar, hərbiçi görəndə ağız büzürlər,
ultraşərəfsizlik edib özlərini hərbiçidən üstün sayırlar. Kafedə, mağazada,
kirayə evlərdə, bir sözlə, ağlınıza gələn və gəlməyən hər yerdə hərbi
qulluqçunu soymaq, ondan daha çox pul qoparmaq istəyirlər. Praktikamın olduğu
Beyləqanda bu cür nakişiliklər xirtdəyə qədəriydi. Əziz beyləqanlılar,
inciyirsiz, cəhənnəmə inciyin. Sizin camaatın bizə etdiklərindən də biz
inciyirdik, pulsuzluqdan və susuzluqdan əziyyət çəkirdik. O su ki, onu sizinkilər
bizə öz qiymətindən 40-50 qəpik baha satırdılar.
Müharibə-müharibə deyib
özünüzü öldürürsüz. Sual verirəm, öz işi olan, əli pul tutan adamlarsız, hansı
biriniz iş yoldaşlarınızla, tanışlarınızla yığışıb pul toplamısız, əsgərlər
üçün lazımı şeyləri alıb çatdırmısız onlara? Hansı biriniz? Bu sual, xüsusən,
ordumuz, əsgərlərimiz üçün timsah göz yaşı axıdan xanımlarımıza aiddir. Siqaret
də alsaz olar. Keçən dəfə bir xanım mənə irad bildirdi ki, mən əsgər üçün
siqaret kimi zərərli şeyləri almaram. Siqaret üçün orda bir-birini alçaldan, alçalan,
düşmən tərəfə keçən əsgərlər var, o da tutub zərərindən, zəhərindən. Əgər qulluq etdiyim bölgənin əhalisi hərbi
qulluqçuya güzəştlər etmirsə, hörmət etmirsə, qanını sormağa çalışırsa, məni
bağışlayın, ancaq sizə zəfər gətirə bilmərik, siz buna layiq deyilsiz, hətta
sizi qorumağa belə dəyməz. Əsgər şəhid olanda vay-şüvən qaldırırlar ki,
lazımınca dəfn olunmadı. Soruşuram, bəyə sağlığında o əsgərə laım olan dəyəri
verdinizmi? Ölən kimi qeyrət damarınız tutur, şüvənlik salırsız. O dəyəri
vaztında vermək lazımdır. Əgər yerli əhali,
ümumiyyətlə, bu xalq hərbi qulluqçuya dəyər vermirsə (dövlətin və hakimiyyətin
dəxli olmadan. Çünki hər kəs gerçəliyi bilir), heç bir zabit əsgərinə bu vətən
uğrunda ölməyin şərəf olduğunu ürəkdən deyə bilməz , heç bir əsgər
də sidq-ürəkdən silaha sarılmaz. Əgər mən vətən uğrunda şəhid olacamsa və mənim
həyat yoldaşım, uşaqlarım ortada qalacaqlarsa, sürünəcəklərsə, hansısa müharibədən qaçan oğraşa
ağız açacaqlarsa, elə vətən sağ olmasa, yaxşıdır.
Bu yorum yazar tarafından silindi.
YanıtlaSilBiraz aqressiv üslubda yazılmış (səbəbi məlumdur), Sonluğü ürəyindən keşənlərin deyil, aqressiyanın dedirtdiyi cümlə olan, ancaq başdan-sona qədər HƏQİQƏTlərlə dolu olan bir yazı... Əllərinə sağlıq...
YanıtlaSil