Sosial şəbəkələr,
onlardan istifadə qaydaları, status yazmağın şərtləri haqqında Adnan Hacızadənin
qeydinin oxunması vacibdir və mütləqdir. On görə də onu yazıya birbaşa əlavə
edirəm :
“Facebook Mədəniyyəti (Rant)
Bu facebook ki, var aa? Evdə bişməyib, qonşudan
gəlməyib,dünyanın digər ölkələri kimi bizim ölkəmizə də daxil olan (hələ də)
yeni fenomenlərdən biridir. Facebook, azad sözün və azad fikrin məkanıdır. Amma
unutmaq lazım deyil ki, facebook həm də, bir ictimai məkandır. Hamı istədiyini
yazır, və yazılanların çoxu mənasız yersiz, bəşəriyyətə xeyir gətirməyən
(Ruslan Asad – 2012) statuslar olur. Azad Fikir Universitetinin mühazirələrinin
birində aparıcı Əli Novruzov demişdi ki, əlinizi qaldırıb sual verəndən əvvəl
bir düşünün ki, bu sualı dünyaya gətirməklə müsbətə doğru bir dəyişikliyə imza
atmış olursunuzmu? Məncə eyni fikri statuslara da aid eləmək olar. Milyonlarca
mənasız statuslar yazılır, vaxt sərf olunur, internet trafiki sərf olunur,insan
gözü zəifləyir, zir-zibilin içində müsbət, maraqlı, informatik, gülməli
yazıları tapmaqda çətinlik çəkirsən.
Dəyə bilərsiz ki, xoşuna gəlmirsə ‘’anfollov’’
elə,‘’blok’’-a sal, dostluqdan sil. Amma niyə? Niyə mən özümü insanlardan,
bəşəriyyətdən təcrid eləməliyəm? Mənim üçün həqiqətən də maraqlıdır ki,
facebook-dakı‘’dostlarım’’ bu və ya digər mövzuda nə düşünürlər.
Facebookun özünün qanunları var, pornoqrafiyanın
yayılmaması; dini, irqi, cinsi zəmində ayrıseçkiliyin olmaması və s. Amma
bu bəs eləmir. Ona görə də biz bir şey düşünməliyik ki, hammımızın facebook
təcrübəsini asanlaşdıraq, yaxşılarşdıraq.Bu mövzunu ictimai müzakirəyə
çıxartmaq istəyərdim.
Mənim fikrim budur ki, biz, özümüz, tövsiyyəvi
xarakter daşıyan facebook kodeksiniyaratmalıyıq
ki, bu sənəd də facebook istifadəçilərinə bir yol göstərsin. Müzakirəyə
çıxarılacaq mövzuları təklif edirəm:
1. CAPS LOCK-la yazmayın!
Oxumaq çətindir, adama eləgəlir ki, bağırırsız.
2. Qeyri-normativ leksikon. Bu
məsələ sual altındadır, dairəmdə olan insanların müxtəlif fikirləri var bu
barədə amma söyüşə qədər alçalmaq heç kimə baş ucalığı gətirməz.
3. Yağış və ya digər hava
statusları. Çoxumuz eyni şəhərdə yaşayırıq, pəncərə var görürük. Ehtiyac yoxdur
sadəcə.
4. Geniş kütləyə o qədər də
maraqlı olmayacaq məlumatlar:Yağışda islandım, işə bu gün gec gəldim, işə bu
gün hamıdan tez gəldim qapıbağlıdır, səfərə getmək üçün şey-şüyümü yığıram,
Darağımı tapa bilmirəm!,
5. Ürəyiniz nəsə istəyəndə:
Ürəyim xəngəl istədi, bir dənə siqaret olsaydı çəkərdim, indi yaxşı dönərin
yeri var və s.
6. Cəmiyyətə heç bir aidiyyatı
olmayan sizin işiniz barəsində məlumatlar: Bu gün rəisim filan şey dedi, mən
hər şeyi vaxtında çatdırdım, 2 report qalıb, bu rüb uğurlu oldu və s.
7. ‘’2
saatdır tıxacdayam’’ status bizə heç nə vermir. Sizə yazığımız gəlməyəcək,
helikopterlə gəlib size tıxacdan çıxarmayacayıq. Heç olmazsa yazın ki, filan
yerdə güclü tıxac var başqa yoldan istifadə edin. Başqa yol yoxdursa
ümmumiyətlə mənası yoxdur.
8. Məkan
statusları. Evdə! İşdə! Bakı! Barselona!Bu nə deməkdir? Bir
yazın ki, əziz dostlar 3 günlük səfərdə Tiflisdə olacam kim görüşmək isyətirsə
xəbər versin. Yoxsa məkanın adını yazıb nida işarəsi qoymaqla nə demək
istəyirsiz? Əgər çatdığınız məkan hansısa nailiyyəti bildirirsə: Maçu-Piçu!
Bazar-Düzü! Camalunqma! Şuşa! Onda başa düşmək olar. Amma avtobusla Sumqayıta
çatıb ‘’Sumqayıt!’’ yazmağın heç bir mənası yoxdur.
9. İdman nailiyyətləri. Bu gün
2 saat qaçdım, bugün 1 saat məşq elədim, 3km üzdüm, 100-dənə jim elədim və
divara 2 dəfə kəllə vurdum. Əcəb elədin! Bizə nə? Biz niyə bilməliyik bunu?
10. Filankəslə,filankəslə, filankəslə filan yerdə
oturub çay içirik. Sizə Nuş olsun! Amma nyus-fidin günahı nə?
11. Müəyyən bir insana ünvanlanmış statuslar.
‘’Filankəs işdən çıxandan sonra qapını örtmür’’,‘’Tofiq! Bir pivə al gəl
torqovuya’’, ‘’Mən səni hamıdan çox sevdim, sən qədrimi bilmədin’’, ‘’Hamıya
demək istəyirəm ki, mən filankəsi çox sevirəm’’ – bunu onun özünə yazın.
12. Mənası olmayan və
mövcud olmyan #həştəqlər-dən istifadə.
13. Şəhərdə kim var?
(əslində bunun mənası var… nevermind)
14. Yaxşı bilmədiyin xarici dildə status yazmaq. Niyə?
15. Yalnız özünüzə məlum olan hadisələri gözləmək: 4
ay qaldı, 4 gün qaldı, 3 saat qaldı…soruşanda Nəyə? deyirlər ‘’demək
istəmirəm’’. Bəs onda niyə yazırsan?
16. Hərbi xidmətdə olan əsgərlərin status paylaşması,
şəkil paylaşması. ‘'212 gün qaldı’’ kimi şeylər yazması. Dostlar, əsgərlikdə
olanda facebook və internetdən istifadə etməyin bu cinayətdir və nəticələri çox
pis ola bilər.
17. ‘’Bu yaxınlarda profilimə əl gəzdirəcəm’’, ‘’78
nəfəri sildim’’… sildin də, düz elədin.‘’bu bığlı daydaylar, maykalı qaqaşlar
mənə niyə dostluq göndərir axı?’’. Bildik ki, populyarsan yaxşı bildik.
18. Google-da tapa biləcəyiniz məlumatları camaatdan
soruşub onları yormayın. ''Filan ölkənin əhalisi nə qədərdi, kim bilir?''.
(Araz Bayramov təklif elədi)
19. Futbol oyunları zamanı oyundan 2 saatdan əvvəl
''Biz sizi cıracayıq!!'', ''Mənim komandam zordu''... oyun vaxtı ''Gərək trener
Filankəsi buraxardı meydana'' və ya ''Qooooooooooool!!'' haykırtıları niyə
lazımdı? Kim istəyir futbola baxır... futbolun canlı komentatorluğu lazım deyil
facebookda. Ya da hesabın yazılması, ya da ''Hesab nədi kim bilir?'' girin www.livescore.com-a orda var hamısı
(Vüqar Salamlı təklif etdi)
20. Şəxsi yazışmaları ictimai müzakirəyə çıxarmaq
tərbiyəsizlikdir. ''Bir baxın görün Filankəs nə yazır mənə...''
Başqa lazımsız statuslar da var. Onu artıq bu postu oxuyanlar
yazsın… amma hər halda status yazandan əvvəl bir düşünün:
- bu status gülməlidir?
- Bu status məndən
başqa kimə maraqlı olmalıdır?
- İnsanlar bu
statusu oxuyub yeni bir şey əldə edəcəklər ya yox? “
Bu qeyd
2013-cü ildə yazılıb, ancaq çox az adam ondan nəticə çıxarıb. Şəxsi həyatın
sosial şəbəkədə paylaşılmağından başlayaq. Bir para dostlarımız demək olar ki,
atdıqları hər addımı yazırlar. Sevgilisiylədir və xoşbəxtdir, anası dadlı yemək
bişirib, yenə xoşbəxtdir. Xaricdədir, xoşbəxtdir və üstəlik Azərbaycanda
olanlara yazığı gəlir, “axx siz bədbəxt azərbaycanlılar” fikrini hər statusda
vurğulayır. Darıxır, depressiyadadır, tualetdədir, sevgilisindən ayrılıb, özünü
öldürmək istəyir, yemək yeyir, dırnağına lak qoyur, onun sevgisi çox, lap çox böyükdür, ancaq biz
bunu qanmırıq. Kimsə sevgilisinə sataşıb, tapsa bıçaqlayıb öldürəcək. Ərli
qadınlar daha dəhşətdir, burda artıq dövriyyəyə əriylə yatmağından, harda nə
yeməyindən, ərinə deyəcəyi sözləri, və hətta qarnındakı uşağın cinsindən də
yazır, ərinin yataq otağında yatdığı halda fotolarını çəkib paylaşır.
Bütün bunlar
hamısı konkret statuslarda gördüyüm şeylərdir. Məsələn, qızlardan biri yazmışdı
ki, siz necə yatıb necə durursunuz bilmirəm, ancaq mən ərim olmasa, gecələri
soyuqdan donaram. Həmin qız bir müddət sonra isə qarnındakı uşağın oğlan
olmasından yazdı. Bir oğlan isə sevdiyi qadınla sevişməyindən yazmışdı.
Və ya bir dostumuz var, gedib Amerikaya. Bütün
günü xoşbəxt olmasından yazır, hətta o qədər xoşbəxtdir ki, bu tip statusları,
commentləri hər dəfə yazmağa, üstəlik bizə yazığı gəlməyə də vaxt tapır. Bizə
maraqlı Amerikanın şəkilləri ola bilər
ancaq. Onun özünün evdə, pubda çəkdiyi şəkilləri, hələ üstəlik başlıq kimi
Amerikadakı xoşbəxt olmasından, oranın cənnət olmasından, bizə yazığı gəlməsindən
yazması isə yorucudur. Biz onun xoşbəxt olduğunu görməkdən, oxumaqdan yorulduq,
o bunları bizə deməkdən usanmadı.
Depressiyadasınız,
sevgilinizdən ayrılmısınız? Təəssüf edirəm, ancaq biz bu məsələdə sizə heç bir
köməklik göstərə bilməyəcəyik. Sevgilinizlə aranızı siz özünüz düzəltməlisiniz,
sizin düzəldə bilmədiyiniz şeyləri biz qətiyyən düzəldə bilmərik.
Ümumiyyətlə,
yazmağa nəsə tapmırsınızsa, yazmayın, yazmağa məcbur deyilsiniz, sizin belə bir
məsuliyyətiniz yoxdur, rahat olun. Unutmayın ki, siz beynəlxalq insan
deyilsiniz, sizin nə yediyiniz, halınız, kimlə, neçədə və harda olmağınız 3-5 nəfərdən
başqa heç kimə qətiyyən maraqlı deyil, əksinə bu tip statusların ard-arda
düzülməsi adamı əsəbiləşdirir. Köhnə profilimdə həddən artıq adam var, ona hər
dəfə girəndə millətin o qədər bu tip yazılarını görürəm ki, düşürəm auraya,
birtəhər oluram. Niyə yazırlar, və ya niyə yazırsız? Xoşbəxt deyilsiniz,
imitasiya edirsiniz, sizin xoşbəxtliyiniz bu barədə facebookda yazıldığı andan
tükənmişdir. Çünki xoşbəxt, ümumiyyətlə həyatın ləzzətini duya bilən adamlar
sosial şəbəkədə belə şeylər barədə yazmırlar, yazmağa söz tapmırlar. Hər
insanın həyatdan həzzalma formulu başqadır, ona görə də onlar özlərini ağıılı
göstərib, nəsə yazmağa cəhd etmirlər. Ərinirlər, belə şeylər onlara maraqlı
deyil. İnsan yalnız imitasiya üçün belə yazır. Xoşbəxt olduğunuz anları
yadınıza salın. Heç onda facebooka ayırmağa vaxt tapmırdınız, yüngülvarı göz
atmaqla yetinirdiniz. Ancaq indi hər gün saatlarla fb-dəsiniz, xoşbəxtlikdən çərənləyirsiniz,
şəxsi həyatınız haqda hər şeyi yazırsınız.
Sevgilisi (əri)
var, normalda xoşbəxt olmalıdır, ancaq xoşbəxt deyil, şüuraltısı bunu bilir, o
isə sevgilisiylə (əriylə) xoşbəxt olduğuna özünü inandırmaq istəyir. Bunun üçün
də facebookdan istifadə edir, davamlı xoşbəxtlikdən, sevgilisindən (ərindən,
uşaqlarından, onlara nə bişirməsindən, onların davranışlarından) yazır, həyatlarının
maraqlı olmasına işarə vurur. Onlar düşünür ki, həyatları həddən artıq
maraqlıdır və bunu dostlarına göstərməklə hər kəsi xoşbəxt olduğuna inandırmaq
istəyir, çünki dostları inansa, o da inanacaq, və bu yalanla bir az daha idarə
edə biləcək. Başını qatır bir növ, məişət sıxıcılığını, həyatındakı boşluğu belə
şeylərlə rəngləndirmək və doldurmaq istəyir. Həmçinin Amerikada (xaricdə)
olanlar da bu tiplərə daxildir. Axı Amerika xəyallar ölkəsidir, təyyarədən düşən
kimi xoşbəxt olmalıydı və ömür boyu da xoşbəxtlikdən göylərə uçmalıydı. Ancaq
onun içində bir sıxıntı var, ləzzət almağı bacarmır və ya nəsə çatışmır. O isə
bunu yaza bilməz, çünki axına qarşı çıxa bilməz, düşmənlərini sevindirə bilməz.
Nə etməlidir? Davamlı xoşbəxtlikdən, həyatının necə maraqlı keçməsindən
yazmalıdır, bizləri qısqandırmalıdır. Biz qısqanmalıyıq ki, o xoşbəxt olduğuna
daha çox inansın.
Depressiyada
olduğunu yazan adam heç vaxt depressiyada deyil, artisltik edir, sadəcə eqosu
acdır və eqosunun oxşanmağına o qədər ehtiyacı var ki, bunun üçün depressiayaya
düşür və status yazır. Axx sizi sroku keçmiş ərgənlər (c)
Etməyin, eləməyin,
real həyatı facebookda paylaşmaqdan qaçının, çünki nə qədər çox paylaşırsansa,
o qədər çox cılızlaşırsan, əlindəki şeylər bir o qədər dəyərsizləşir, sən artıq
sevgilinlə facebookda yazmaq, şəkil paylaşmaq üçün görüşürsən, facebook üçün
yeyirsən, kədərlənirsən, gülürsən, xaricə gedirsən. İnsan xislətidir, eqodur.
Eqonuzu atın bir qırağa, onlar bizə həyatdan zövq almağa imkan verməyib, verməyəcək
də. Kədərinizin səbəbini özlüyünüzdə aydınlaşdırın, aradan qaldırın. Sizə
sevinc gətirən şeylərdən bərk-bərk yapışın, siyahını genişləndirin. Və
facebooksuz xoşbəxt olun, ən sevincli anlarınızı facebooka yazmaqla
ucuzlaşdırmayın.
yaxşı yazıdı, dodağım qaçdı :) mən də deyirəm nə üçün fbda heç nə paylaşmıram :D
YanıtlaSil