Köstəbəyin bloqu
28.06.2020
18.01.2020
Can
Şimali Koreya haqda yazının birinci hissəsini bir il qabaq yazıb arxasını gətirə bilmədim təəssüf ki. Bəzən vaxt olmadı, bəzən həvəs. Həmin mövzuya ara verib bu dəfə təkrar oxuduğum bir kitab haqda fikirlərimi yazmaq istəyirəm. Əslində indi belə yazılar daha çox status şəklində yazılır, amma mən düşünürəm yazının və fikirlərin daim göz önündə qalması baxımından bloq yazısı daha uğurludur.
26.01.2019
Müasir dünyanın qaranlıq ölkəsi- tanrılaşdırılmış liderlərin vətəni KXDR
Şimali Koreya və ya özlərinin adlandırdıqları kimi – Koreya Xalq Demokratik Respublikası yarandığı 73 ildən bəri müasir dünyanın qorxu və təhlükə mənbəyi kimi qalmaqda davam edir. Bu ölkə o qədər sirli və qəribədir ki, haqqında hətta bir xeyli mif də mövcuddur. Şimali Koreyanın məşhur 3 illik aclıq dövründə uşaqların qaçırılıb yeyilməsi tez-tez dilə gətirilən miflərdən biridir. İşin ən qəribəsi odur ki, bu ölkədə xalq da bəzi miflərə inanır. Bütün dinlərin qadağan olunduğu, dini kitaba sahib olmağın, oxumağın cinayət sayıldığı bu ölkədə xalq ölkənin liderlərinin tualetə getmədiyini, tualet ehtiyacının olmadığına inanır. Hətta hakimiyyət propaqandası Kim hakimiyyətinin ilk nümayəndəsi olan Kim İl-Sungun 3 aylığında sərbəst yeridiyinə, 6 aylıq olarkən danışdığına və 3 yaşı olanda kitab yazdığına xalqı inandırıb.
2.11.2018
Şiddətli ərlər və qurbanlar
“20 yanvar” tərəf ölkənin ən biabırçı yeridir, yəqin
ki. Burda üzüyola insanı rahatlıqla tutub getmək istəmədiyi bir yerə istənilən
qiymətə asanlıqla apara biləcək taksi şoferləri, həyasız, divaraişəyən qadın
satıcılar, cürbəcür mahnıları yüksək səslə camaata qulaq asdıran telefon
dükanları, polis sirenaları, siqnalı ard-arda basan sürücülər, sıxlıq – bir sözlə,
istənilməyən hər şey var. Ölkənin nəbzi də, imici də məhz burada çox aydın
görünür. Qarışıqlığın, qara qışqırığın içində insan özünü güclə qoruyur. Ora
hansısa qadının ayaq basması isə, demək olar ki, fəlakətdir. Məmə yeyənindən pəpə
deyəninə qədər, ağzı qara-qura bütün gədə-güdələr qadının ayaqlarını, arxasını
inadla və xüsusi amansızlıqla süzür, gözlərinin düz içinə baxıb, qadın
baxışlarında bircə qırıq boşluq gözləyir ki, ağzının suyunu axıda-axıda
yaxınlaşıb tanışlıq təklif etsin.
Təəssüf
ki, həftədə bir neçə dəfə yolum burdan düşür və hələ deyə bilmədiyim iyrəncliklərin
şahidi oluram. Məncə, 28 may tərəfdə əvvəllər yerləşən “Çudo Peçka”nın
divarlarını işləyən rəssamdan başqa buranı heç kim dəqiqliklə təsvir edə bilməz.
13.08.2017
31.03.2017
Spartalılar və Tanrılar
Bu, mənəm, Ümid Xəzər. Hansı ki, gün ərzində mənim
söymədiyiniz yerim qalmayıb, tərifləriniz məni məst edib, amma söyüşlərə və təriflərə ara verin və yaxın oturun,
başlayaq.
Commentin screen edilib paylaşılmasında rolum
sıfırdır. Amma paylaşıldı, yayıldı. Və ardınca bitib-tükənməyən təriflər, tənqid
və təhqirlər, hətta bir neçə təhdid gəlməyə başladı. “Söyüş söyməklə öz iç
üzünüzü göstərdiniz” kimi cümlələr işlətmək fikrindən qətiyyən uzağam.
Söymüsünüz, yaxşı eləmisiniz. Amma haqsızsınız. Çünki...
Kaydol:
Kayıtlar (Atom)