Aclıq aksiyasının 1991-ci ildə qəbul
edilmiş Malta Bildirişinə görə tərifi “zehni olaraq hər hansı kimsənin öz iradəsiylə müəyyən bir müddət ərzində qida və (və ya) maye qəbulunu dayandırmasıdır. Dinc etiraz üsulu olub, etiraz edən şəxsin səsini duyurmaq, hansısa qanunu lazımlı orqanlara qəbul etdirmək üçün istifadə etdiyi üsuldur. Aclıq aksiyası zamanı orqanizmə daxil olması mütləq olan su, duz və şəkər xaricində heç bir qida maddəsi qəbul olunmur. Müddətli, və ya müddətsiz ola bilər. Əgər keçirilən aclıq aksiyası qanuni cəhətdən effekt vermirsə, yəni etiraz edən şəxs öz istəklərini qəbul etdirə bilmirsə, ölüm orucuna başlayanlar da olur. Ölüm orucunda aclıq aksiyasından fərqli olaraq heç bir qida və ya maye qəbul olunmur və aksiya ya istəklər qəbul olunana qədər, ya da ölənə qədər davam etdirilir.
İndi
isə bir neçə ən mühüm aclıq aksiyası haqqında:
1)İngiltərədə
Sufrajetlər başladıb. Sufrajetlər qadın haqları uğrunda mübarizə aparan, əsasən
orta sinif qadınlardan təşkil olunan radikal bir təşkilatıydı. . İlk aclıq
aksiyasını bu təşkilatın öndər üzvlərindən olan Marion
Dunlop edib.
1919-cu ilə qədər İngiltərədə qadınların seçmə və seçilmə azadlığı yoxuydu, bu
imtiyaz ancaq kişilərə məxsusuydu. Məhz bu təşkilatın aclıq və tətil etirazı
nəticəsində 1919-cu ildə İngiltərədə qadınlar seçmək və seçilmək hüququ əldə
etdilər.
2) Rusiyada ilk və
ən böyük aclıq aksiyasını 1921-ci ilin iyul ayında Taqanka həbsxanasında heç
bir səbəb olmadan həbs edilən və aralarında Fanya
Baron, Lev Tcherny ve İvan Qavrilov kimi
anarxistlərin də olduğu on üç məhkum azad olmaq tələbiylə başlatdı. Ancaq
aksiya uğursuzluğa düçar oldu. Belə ki, sentyabr ayında SSRİ-nin ilk
təhlükəsizlik təşkilatı olan ÇEKA (чрезвычайная комиссия – Fövqəladə
Komissiya) tərəfindən öldürüldülər.
SSRİ-nin müxtəlif bölgələrində 1966-ci ildən 1986-cı ilə qədər həbsdə qalan
Krım tatarlarından olan Mustafa Cemilev dünya tarixində ən uzun aclıq aksiyası
edən insan kimi tarixdə qalmışdır. Onun aclıq aksiyası 303 gün davam etmişdir.
Lakin sonradan məcburi şəkildə qidalandırılmaya əsasən zorla qida qəbul
etdirilib
3)
Ən təsirli aclıq aksiyalarından biri isə İngiltərədə 1981-ci ildə Şimali
İrlandiyanın cümhuriyyətçi məhkumları tərəfindən beş illik protestoların pik
nöqtəsi olaraq edilən aclıq aksiyasıdır. Bu aksiyaya qədər məhkumlar qapalı
hücrələrdə saxlanılırdılar və hər dəfə ifrazat məhsulları olan qabları
boşaltmaq üçün bayıra çıxardılan məhkumlara zor tətbiq edilirdi. Buna görə də
məhkumlar yuyunmaq üçün belə hücrələrindən çölə çıxmağı rədd edib ifrazatlarını
hücrənin divarına yaxırdılar. 1980-ci ildə ilkin aclıq aksiyası baş Verdi. 7
məhkum qatılmışdı və 53 gündən sonra qurtardı. İkinci və ən güclü aclıq
aksiyası isə 1981-ci ildə baş verdi. 75 adamın qatıldığı aclıq aksiyası
növbə-növbə - biri ölərsə, digərinin davam etdirməsi şərtiylə başladı.
Aksiyanın ilk iştirakçısı 26 yaşlı Bobby Sands olmuşdur. Bobby Sands İRA (İrlandiya Cümhuriyyət
Ordusu) adlı İrlandiyanın müstəqilliyi uğrunda heç bir etirazdan çəkinməyən
təşkilatın üzvüydü. Bobby Sands aksiyanın 66-cı günündə dünyasını dəyişdi və
onun dəfn mərasiminə 100.000 insan qatılmışdı. Ondan sonra daha doqquz məhkum
ard-arda bu aclıq aksiyasını davam elətdirdi. Və Bobby Sandsın aclıq aksiyasını
davam elətdirdiyi müddətdə Britaniyanın Parlamentinə seçilməsi dünyanın
diqqətini cəlb edən hadisələrdən biri oldu. Digər doqquz məhkum da ölənə qədər
aclıq aksiyasını davam elətdirdilər:
Francis Hughes (25), IRA üzvü, aclıq aksiyasının 59-cu günündə öldü
Raymond McCreesh (24), IRA üzvü, aclıq aksiyasının
61-ci günündə öldü
Patsy O'Hara (23), INLA üzvü,
aclıq aksiyasının 61-ci günündə öldü
Joe McDonnell (30), IRA üzvü, aclıq aksiyasının
61-ci günündə öldü
Martin Hurson (29), IRA üzvü, aclıq aksiyasının
46-cı günündə öldü
Kevin Lynch (25), INLA üzvü, aclıq aksiyasının 71-ci günündə öldü
Kieran Doherty (25), IRA üzvü, aclıq aksiyasının
73-cü günündə öldü
Thomas McElwee (23), IRA üzvü, aclıq aksiyasının
62-ci günündə öldü
Michael Devine (27), INLA üzvü, aclıq aksiyasının
60-cı günündə öldü
Bu aclıq aksiyası
“dəmir ledi” ləqəbli Marqarita Tetçerlə məhkumlar arasında bir mübarizə kimi də
göstərilir və bu aksiya irlandiyalı millətçilərin daha da radikallaşmasına və
fəallaşmasına səbəb olmuşdur. Məhkumların çoxunun üzv olduğu İRA təşkilatı isə
bu günə qədər də mübarizəsini davam elətdirir. 2005-ci ildən qəbul edilmiş
qərara əsasən İRA mübarizəsini ancaq siyasi arenada aparır.
Bu
aclıq aksiyası haqqında mənim üçün ən təsirli film isə Steve McQueenin
çəkdiyi The Hunger (Aclıq) filmidir. Azərbaycanda da bu etiraz üsulundan
ara-sıra istifadə olunduğunu nəzərə alsaq, bu filmə baxıb məhkumların vəziyyəti
haqda təsəvvür yaratmağımız vacibdir. Filmin türkçə dublaj linki: ( http://webteizle.org/YabanciFilm/8337-Aclik-Hunger-720p-Turkce-Dublaj-izle.html
)
Hiç yorum yok:
Yorum Gönder