Bu
yaxınlarda Erix Frommun “Psixoanaliz və Zen buddizm” kitabını oxuyub qurtardım.
Kitab Freydin psixoanalizləri ilə Zen buddizmi qarşılaşdırır və həmçinin zəmanəmizin
insanını təsvir edir. Kitabın ortalarından başlayaraq (sonlarına doğru daha
çox) Fromm öz təcrübələrindən və psixanaliz sistemindən danışmağa başlayır.
Kitabın mənim üstümdəki təsirini nəzərə alaraq, ordan götürdüyüm qeydləri
sizinlə də paylaşmaq istədim. Ancaq gərək türk dilində oxuya bilməyənlər məni
bağışlasın, çünki kitab türk dilindədir və mənim tərcüməçilik qabiliyyətimi
(oxu – qabiliyyətsizliyimi) nəzərə alsaq, kitabı tərcümə etməklə korlamaq istəmədim.
