Kim Kİ Dukdan
ikinci bir filmə baxdım bu gün. Elə bu sətirləri də həmin filmin soundtraktına
qulaq asa-asa yazıram. Bu gün iyulun 11-dir. Məzuniyyətdən qayıtmağımdan 11 gün
ötür.
Bunu nəyə görə deyirəm? Çünki yazıları nə vaxt bloquma yerləşdirəcəyimi bilmirəm və gələcəyə yazırmışam kimi hiss edirəm özümü. Və filmlər mənim üçün reabilitasiya kimi bir şeydir. Əslində reabilitasiyadan fərqlidir, məni buralara öyrəşdirmir, əksinə məni buralardan alıb çox uzaqlara aparır. Məzuniyyətin ilk günləri çətin olmalıdır. Mülki ab-hava, müstəqillik, rahatlıq havası qalır ilk günlər. Sonradan çəkilib getməlidir yavaş-yavaş. Amma Kim Kİ Dukun filmləri məni başqa dünyada yaşadır. Bilmirəm bu nədir. Xəyal qurmuram, arzu tutmuram, bu filmlər məni ümidləndirmir, amma üstümdə elə bir sehrli iz buraxır ki, mən bu dağ kəndindəki tabordan çox-çox uzaqlara gedirəm, zabit yoldaşlarımın diliylə desək, bütün gün hallı-hallı gəzirəm, təkliyin dözülməz olduğu bu yerlərdə tək qaldığım tibb məntəqəsindən məni dartıb çıxarmaq mümkün olmur. Reallıqla xəyalların qarışdığı bir haldayam. Nəyin real, nəyin xəyal olduğunu bilmirəm. Haqqında yazacağım “Boş ev” filmində deyilən kimi: “Yaşadığımız dünyanın gerçəkmi, yoxsa xəyal olduğunu demək çox çətindir...” Bilirəm, yazdığım cümlələr bir-biriylə əlaqəsini itirə bilər bu yazıda. Axı mən indi sehrli bir musiqiyə qulaq asıram. Adını nə vaxtsa tapıb yükləyəcəm, amma indi alınmır, çünki bu ərazidə internet yoxdur, şəbəkə belə yoxdur. İndi isə keçək filmə. Bilmirəm nədən başlayım, təəssüratlardan, ya filmin özündən...

Birini
düşünün. Hər gün restoranın reklam broşürlərini ev-ev gəzərək evin qapılarına
yapışdırır. Düz kilidin üstünə. Və gecə evlərə baş çəkir. İş sadədir: hansı
evin qapısından kağız qoparılmayıbsa, evdə adam yoxdur, deməli. Və bu gecə o, həmin
evin qapısını alətlərlə açacaq, içəri girəcək və orda gecələyəcək. Heç nə
oğurlamayacaq, heç nəyi qırıb-dağıtmayacaq, əksinə işləməyən, xarab olmuş əşayaları
təmir edəcək, çirkli paltarları yuyacaq
və səhər tezdən çıxıb gedəcək.
Növbəti evdə gecəni keçirmək istəyir, amma
bu dəfə yanılır. Evdə qadın var. Ərindən hər gün şiddət görən bir qadın.
Qışqıraraq ağlayır, oğlan onun göz yaşlarını görür, amma gecə sakit keçir, qadın artıq onun evdəki
varlığını qəbul edir, hətta oğlanın səssiz varlığı onu rahatlaşdırır. Səhəri
gün isə ər gəlir. Və əri ona növbəti dəfə sahiblənməyə çalışdıqca qadın daha da
uzaqlaşır. Kişinin üzündə saxta təbəssüm və saxta səbr. Ancaq çox çəkmir, kişi idarəsini bu dəfə də itirir, acizliyini
daxilində başa düşür və bu, onu qəzəbləndirir, şiddətin, zorakılığın gücünü
artırır. Amma bu dəfə həyətdə qolf toplarını hədəfə vuran yad biri var. Kişi təəccüblənir
və yad adam qadını vurduğuna görə qolf
toplarıyla əri cəzalandırır. Və motosikletinə minib gedir. Amma bu dəfə tək
deyil, qadın da onunladır. Artıq evlərə o, tək girmir, qadın da onun kimi hər
evdə bir gecəlik qonaqdır, onun yol yoldaşıdır. İkisi də səssizdir, ikisi də
susur, çünki sözə gərək yoxdur. Bütün film boyunca bir neçə cümləlik danışıqdan
başqa qalan müddətdə ya musiqilər danışır, ya da sükut hökm sürür. Qadın həm də
oğlanın köməkçisidir artıq. Paltarları yuyur, evi təmizləyir. Çünki oğlanın məhz
bu cür etdiyinin şahidi olur. Ev sahibləri onları bir dəfə evdə tutsa da, onlar
evlərə girməkdən çəkinmirlər, amma növbəti evdə hər şey fərqli olur.
Ev
sahibinin atasının ölümünə görə polis çağırması hər şeyi dəyişir. Qadın ərinin
yanına, oğlan həbsxanaya gedir. Oğlanın fotoaparatı polislərin əlinə keçir.Hər evdən xatirə şəkli var, amma məlum olur ki, nə evlərdə qarət olub, nə də onun ölümlə bir əlaqəsi var. Ancaq rüşvət onun həbsini uzadır, bu da imkan verir ki, ər öz qisasını alsın. Amma artıq həbsxanada o görünməzlik əldə edir. Kölgəsini belə gizlədə bilir bir neçə sınaqdan sonra. Kim Kİ Duka xas bir şey bu kinoda da özünü göstərib. Keçmişdə buraxdığı insanların həyatına yenidən baxış. Bu dəfə o, hamını görür, ancaq evlərdə onun varlığı sadəcə hiss olunur. Növbəti və son ev isə qadının evidir. Onun varlığını hiss etmə növbəsi qadının ərindədir, amma bu, qadına mesajdır. Qadın artıq onu görür, çünki oğlan bunu istəyir. Ər isə heç nədən xəbərsizdir. Qadın ərinə demədiyi bir şeyi deyir: “səni sevirəm”. Üzündə təbəssüm var. Ər sevinir, həm də təəccüblənir, amma gerçəklərdən xəbəri yoxdur. O gülümsəmə, o sözlər ərə aid deyil, onun düz arxasında duran, ancaq ərin heç vaxt görməyəcəyi oğlana aiddir. Sevginin gücü, çarəsizliyin həll yolu. Hər bir halda oğlan və qadın bunu bacardı.
5 sentyabr və
mən artıq mahnının adını bilirəm. Hansı ki, məni hələ də öz sehrində saxlamasğı
bacarıb.
Soundtrack:
Natascha Atlas – Gafsa
İMDB xalı: 8.1
Istehsal ili:
2004
Hiç yorum yok:
Yorum Gönder